ABŞ Konqresinin 130-dan çox üzvündən ibarət iki partiyalı qrup Avropa İttifaqını İranın İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa çağıran birgə məktub imzalayıb.
Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozef Borrell-ə ünvanlanan məktubda qanunvericilər İranın “terrorun aparıcı sponsoru” olduğunu və SEPAH-ın onilliklər ərzində “Aİ ölkələrində vətəndaşları hədəfə alan planları sərbəst və açıq şəkildə həyata keçirdiyini” bildirib.
“Biz Aİ-nın 931 saylı Ümumi Mövqe qanununa uyğun olaraq SEPAH-ın terror təşkilatı kimi təyin edilməsinin hüquqi mürəkkəbliyini başa düşürük və bu qərarın ya məhkəmə orqanı, ya da “ekvivalent səlahiyyətli orqan” tərəfindən qəbul edilməsinin zərurətindən tam xəbərdarıq” - deyə, məktubda bildirilir.
“Lakin İranın Aİ-yə üzv ölkələr və onların vətəndaşları üçün artan təhlükəsini nəzərə alaraq, biz sizi bu məsələyə son dərəcə təcili yanaşmağa çağırırıq,” Konqres üzvləri çağırış edib.
Məktubda həmçinin West Point-dəki Terrorla Mübarizə Mərkəzinin İranın son beş il ərzində “Avropada vətəndaşları izləmək, qaçırmaq və ya onlara qarşı ən azı 33 sui-qəsd təşkil etdiyi” deyilən araşdırmasına istinad edilir.
Borrell bildirib ki, İran İnqilabı Keşikçiləri Korpusunun terror qruplaşması kimi təyin edilməsi üçün ilk növbədə, ən azı bir Aİ-na üzv dövlətinn məhkəməsi tərəfindən tələb edilməlidir.
ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu 2019-cu ildə terror qruplaşması elan edib.