Accessibility links

Rusiyanın Zaporijyedə raket hücumu nəticəsində iki nəfər həlak olub


Rusiya qüvvələrinin bazar günü Zaporijyedə yaşayış binasına zərbə endirməsi nəticəsində 50 yaşlı kişi və onun 11 yaşlı qızının həlak olduğu bildirilir.

Bu barədə Ukraynanın fövqəladə hallar xidməti məlumat yayıb və əlavə edib ki, həlak olan şəxsin həyat yoldaşı və uşağın anası olan 46 yaşlı qadın dağıntılar altından çıxarılıb. Regionun qubernatoru Yuri Malaşko Reuters agentliyinə bildirib ki, yaralı qadın xəstəxanaya çatdırılıb və vəziyyəti ağırdır.

Şəhər şurasının katibi Anatoli Kurtev bildirib ki, gecə endirilən iki raket zərbəsi nəticəsində bir bina dağılıb, onlarla başqa binaya zərər dəyib.

“Bu cinayətkar müharibəyə görə işğalçıların ağır cəza alması qaçılmazdır,” o, Telegram kanalında yazıb.

Bu raket zərbələri bölgədəki mülki hədəflərə edilən hücumların sonuncusudur.

Bu arada, Britaniya Müdafiə Nazirliyi bazar günü bildirib ki, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin Rusiya Təhlükəsizlik Şurasının son iclasında məruzəsi Ukraynanın qanunsuz ilhaq edilmiş ərazilərində vəziyyəti normallaşdırmaq cəhdidir.

Müdafiə Nazirliyi Rusiya Federasiyası tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin əksəriyyətinin aktiv hərbi əməliyyatlar zonası olaraq qaldığını qeyd edib.

“Əslində, ərazinin çox hissəsi partizan hücumları altında aktiv müharibə zonası olaraq qalır və bir çox vətəndaşın əsas xidmətlərə çıxışı olduqca məhduddur,” nazirliyin Twitter sosial şəbəkəsində yerləşdirdiyi yeniləməsində deyilir.

Şənbə günü Kramatorskda bir il əvvəl 4 minə yaxın insanın evakuasiya qatarlarına minmək üçün ora toplaşdığı zaman Rusiya qüvvələrinin stansiyaya hücumunun ildönümü qeyd edilərək, hücum nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş kiçik abidənin qarşısına əklillər qoyulub. Hadisə nəticəsində 61 nəfər həlak olub, 160-dan çox insan yaralanıb.

XS
SM
MD
LG