Accessibility links

İsrail Qəzza bölgəsi və Livana havadan zərbələr endirib


İsrail hökuməti islamçı Həmas qruplaşmasını ölkəsinə raket hücumlarında günahlandıraraq, bu hücumlara cavab olaraq cümə günü səhər saatlarında Qəzza və Livana hava zərbələri endirib.

İsrail təyyarələri hərbçilərin bildirirdiyi kimi tunellər və Həmasın silah istehsal edilən obyektlərinə zərbələr endirdiyi zaman Qəzzanın bəzi yerlərində güclü partlayış səsləri eşidilib.

İsrail ordusu cümə günü başlanan hücumlarda Livanın cənubunda yerləşən Həmasa məxsus obyektlərin də hədəf aldığını bildirib.

Livan televiziyası ölkənin cənubundakı liman şəhəri olan Tirdə partlayışların baş verdiyini bildirib.

Hərbçilər bildiriblər ki, “bütün mümkün ssenarilərə hazır olmaq üçün” ölkənin Livan və Qəzza ilə sərhədləri boyunca qoşunların mövcudluğunu artırılır.

Müsləmanların üçüncü müqəddəs ziyarətgah sayılan Qüdsdəki Əl-Əqsa məscidində son günlər İsrail polisi ilə fələstinlilər arasında baş verən qarşıdurmadan sonra bölgədə gərginlik artıb.

Associated Press agentliyinin verdiyi məlumata görə, cümə günü səhər namazından əvvəl Əl-Əqsa məscidində əllərində dəyənək tutan İsrail polisi ilə Həmas tərəfdarı şüarlar səsləndirən fələstinli ibadətçilər arasında yenidən xaos yaranıb.

Bununla yanaşı, İsrail rəsmiləri cümə günü bildirib ki, Həmra qəsəbəsi yaxınlığında işğal altındakı İordan çayının qərb sahilində onların avtomobilinə açılan atəş nəticəsində iki qadın ölüb, bir nəfər isə ağır yaralanıb. Polis şübhəlilərin axtarıldığını bildirir.

İsrail cümə axşamı Livan ərazisindən onlarla raket hücumu edildiyi haqda məlumat yayıb.

İsrailin baş naziri Benyamin Netanyahu cümə günü deyib ki, “İsrailin bu gecə və gələcəkdə cavabı ilə ağır bədəl ödəniləcək”.

XS
SM
MD
LG