Accessibility links

İnam Kərimov Ali Məhkəmənin sədri təyin edilib


İnam Kərimov (Rəsmi foto)
İnam Kərimov (Rəsmi foto)

Azərbaycan Prezidentinin sərəncamı ilə İnam Kərimov Azərbaycan Ali Məhkəməsinin sədri təyin edilib.

Aprelin 4-də Milli Məclis İnam Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təsdiq edib.

İnam Kərimov bu təyinata qədər kənd təsərrüfatı naziri olub.

1977-ci il iyunun 6-da anadan olub. 1994–1995-ci illərdə ABŞ-da Riçmond Orta məktəbində oxuyub. Fransada Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr, Sorbona Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

O, 2012-2018-ci illərdə ASAN Xidmətin sədri, 2002-2012-ci illərdə Prezident Administrasiyasında məsləhətçi vəzifəsində işləyib. 2005-2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi və GRECO-da Azərbaycanın nümayəndəsi olub.

Ali Məhkəmənin bundan öncə 18 il sədri olan Ramiz Rzayev 2023-cü ilin martında təqaüdə göndərilib.

XS
SM
MD
LG