Martın 26-da Bakıda "Qarabağ" və "Qalatasaray" futbol komandaları arasında keçirilən yoldaşlıq oyunu 1-2 hesabı ilə başa çatıb.
Qolları 4-cü dəqiqədə “Qalatasaray” komandasından Bafetimbi Qomis, 87-ci dəqiqədə Mauro İkardi və 18-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Redon Cica vurub.
Bakı Olimpiya Stadionunda keçirilən yoldaşlıq görüşü xeyriyyə məqsədi daşıyır. Matçının bilet satışından əldə edilən gəlir Türkiyədə baş vermiş zəlzələ qurbanlarına yardım üçün göndəriləcək.
Yoldaşlıq görüşünü Azərbaycan Prezidenti İlham Əliyev də izləyib.
Bakı Olimpiya stadionu 62 mindən çox tamaşaçı tutur.