Accessibility links

Kəleybərdə İnqilab Məhkəməsi güneyli fəala bəraət qazandırıb


Şərqi Azərbaycan vilayəti
Şərqi Azərbaycan vilayəti

İranın Şərqi Azərbaycan vilayətinin Kəleybər şəhərində yaşayan azərbaycanlı fəal Qiyas Nemətpura bəraət qazandırılıb.

Aznews TV saytı və HRA xəbər agentliyinin yayımladığı xəbərə görə, Kəleybər şəhərinin Ümumi və İnqilab Məhkəməsi Qiyas Nemətpura sübutların olmaması nəticəsində bəraət qazandırıb.

Məhkəmə martın 9-da Qiyas Nemətpura "sistemə qarşı təbliğat aparmaq" ittihamından çıxardığı qərarla bəraət hökmü çıxarıb.

Sosial şəbəkələrdə Azərbaycan xəbərlərini dərc edən bəzi xəbər kanalları son bir ayda çoxlu sayda azərbaycanlı fəalın təhlükəsizlik orqanları tərəfindən məhkəməyə çağırıldığını və barələrində iş açıldığını bildirir.

İran Azərbaycanında milli fəallar və onların ailələrinin təhlükəsizlik qurumları tərəfindən hədələnməsi, fəallara qarşı təzyiqkəlrin göstərilməsi halları ilə bağlı məlumatlar mövcuddur.

XS
SM
MD
LG