Accessibility links

Təbrizdə yaşayış binasında partlayış olub - 7 nəfər həyatını itirib


Təbrizin Mənzəriyyə məhəlləsi
Təbrizin Mənzəriyyə məhəlləsi

Təbrizin Mənzəriyyə məhəlləsində yaşayış massivində baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə Şərqi Azərbaycan vilayətinin Təcili Yardım Şöbəsinin sözçüsü Vəhid Şadi İRNA xəbər agentliyinə bildirib ki, hadisə yerli vaxtla səhər saat 3-də baş verib, nəticədə 7 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralananların ikisinin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Partlayışın ilk saatlarında dağıntılar altından 5 cəsəd çıxarılsa da, günorta saatlarında İran mediası bir kişi və bir qadının cəsədinin çıxarıldığını və bu hadisədə ölənlərin sayının 7-yə çatdığını bildirib.

Rəsmilərin dediyinə görə, 100-ə yaxın yaşayış binasına ziyan dəyib, 3 yaşayış binası da tamamilə dağılıb.

Partlayışın səbəbi hələ müəyyən edilməyib və hadisənin səbəbinin müəyyən edilməsi üçün araşdırmalar davam etdirildiyi deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG