Accessibility links

Din xadimi Şahin Həsənli vəfat edib


Hacı Şahin Həsənli (Mənbə Facebook)
Hacı Şahin Həsənli (Mənbə Facebook)

Martın 2-də Qafqaz Müsəlmanları İdarəsinin Bakının Nəsimi rayonu üzrə nümayəndəsi və "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri Hacı Şahin Həsənli vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, onun ölüm səbəbi ürək tutması olub.

"1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb", məlumatda deyilir.

Bununla yanaşı, Şahin Həsənlinin ailəsi onun bir gün öncə özəl tibb klinikalarından birində müayinə olduğunu deyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, Şahin Həsənlinin martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Din xadiminin dəfn mərasimindəı minlərlə insan iştirak edib.

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə andan olub.

O, 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib.

2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.

2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Şahin Həsənli dini fanatizmə qarşı kəskin tənqidləri ilə tanınıb.

XS
SM
MD
LG