Accessibility links

Ukraynanın ordu komandanı Baxmutdakı vəziyyəti "son dərəcə gərgin" adlandırıb


Ukrayna ordusunun rəsmisi çərşənbə axşamı Ukrayna və Rusiya qüvvələri arasında şiddətli döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhəri ətrafındakı vəziyyəti "son dərəcə gərgin" adlandırıb.

"Əhəmiyyətli itkilər verməsinə baxmayaraq, düşmən qoşunlarımızın müdafiəsini yarmaq və şəhəri mühasirəyə almaq üçün ən yaxşı təlim keçmiş "Vaqner" bölmələrini gönəldib," Ukrayna quru qoşunlarının komandanı Aleksandr Sırski sosial şəbəkədə bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi gecə etdiyi çıxışında Baxmutda vəziyyətin "getdikcə mürəkkəbləşdiyini" deyib. Onun sözlərinə görə, Rusiya qüvvələri "mövqelərimizi qorumaq üçün istifadə edilə bilən hər şeyi daim məhv edir".

Rusiya Baxmut da daxil olmaqla, Ukraynanın şərqində bir sıra bölgələrə hücumlarını gücləndirir. Dağılmış şəhərin vaxtilə təxminən 75 min əhalisi var idi.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, Rusiya qüvvələri şəhəri mühasirəyə almağa və daxildə Ukrayna qüvvələrinin yolunu kəsməyə çalışaraq, şimaldan və cənubdan müəyyən irəliləyiş əldə edib.

NATO genişlənməsi

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı Finlandiya və İsveçin alyansa qoşulmaq təkliflərinin ratifikasiyası istiqamətində irəliləyişlər əldə edildiyini və hər iki ölkənin Türkiyənin narahatlıqlarını aradan qaldırmaq üçün əldə etdikləri razılaşmalara əməl etdiklərini bildirib.

NATO-nun hazırkı üzvlərindən yalnız Türkiyə və Macarıstan yekdilliklə qəbul edilməli olan prosesdə Finlandiya və İsveçin üzvlüyünü təsdiqləməyib.

"Mən tamamilə əminəm ki, həm Finlandiya, həm də İsveç NATO-ya üzv olacaq. İndi həm Budapeştdə, həm də Ankarada ratifikasiya etməyin vaxtıdır" - deyə, Stoltenberq Helsinkidə Finlandiyanın baş naziri Sanna Marinlə birlikdə çıxış edərkən bildirib.

Türkiyə hökuməti İsveçi Ankaranın terror təşkilatı hesab etdiyi qruplara qarşı çox yumşaq davranmaqda ittiham edir.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bazar ertəsi İsveçin iyun razılaşmasına əsasən İsveç və Finlandiyanın Türkiyəyə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırmağı və şübhəli silahlıların ekstradisiyasına dair Ankaranın tələbləri ilə bağlı öhdəliklərinə əməl etmədiyini bildirib.

Türkiyənin Stokholmdakı səfirliyi qarşısında ifrat sağçı etirazçıların Quranı yandırmasına cavab olaraq Türkiyənin prosesi dayandırmasından sonra İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı danışıqları martın 9-da bərpa edilməlidir.

Finlandiyanın baş naziri Sanna Marin çərşənbə axşamı deyib ki, Rusiyanın keçən il Ukraynaya təcavüzündən sonra yaranan potensial təhlükə Finlandiyanı NATO-da üzv olmağa çalışmağa sövq etdiyini bildirərək deyib ki, NATO "Rusiyanın keçə bilməyəcəyi yeganə xəttdir".

Onun sözlərinə görə, Finlandiya və İsveç öz maraqları üçün müraciət etmək qərarına gəlsələr də, bu, NATO-nun da marağındadır, belə ki, genişlənmə şimali Avropanın müdafiəsini gücləndirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG