Accessibility links

İran valyutasının kəskin ucuzlaşması fonunda Ərdəbil sakinləri banklardan 6000 milyard tümən pul çıxarıb


İranın milli valyutasının dollara qarşı kəskin ucuzlaşması davam edir
İranın milli valyutasının dollara qarşı kəskin ucuzlaşması davam edir

İranın milli valyutasının dollar qarşısında kəskin ucuzlaşmasının ardınca İran Azərbaycanında Ərdəbil sakinlərinin vilayət banklarındakı aktivlərindən 6 min milyard tümən çıxardığı bildirilir.

Ərdəbil Banklar Komissiyasının katibi Davud Rəcəbi bildirib ki, vilayət sakinləri təxminən 15 gün ərzində vilayətin banklarından 6 min milyard tümən pul çıxarıblar.

Rəcəbi habelə “təəssüf ki, bankların resurslarını artırmaq əvəzinə, bu resursların banklardan çıxarılması ilə üzləşirik” deyə bildirib.

O, Ərdəbil vilayəti sakinlərinin banklardan pullarını “sikkə, avtomobil və xarici valyuta alış-verişi” üçün geri çəkdiklərini açıqlayıb.

Son həftələrdə İran bazarında dolların məzənnəsinin kəskin artdığı müşahidə edilir . Fevralın 26-da bazarda ABŞ dollarının qiyməti 60 min tüməndən yuxarı qalxıb, lakin bir neçə saatdan sonra onun məzənnəsi bir neçə min tümən aşağı düşüb.

İran bazarında valyuta məzənnəsində kəskin dəyişikliklər vətəndaşları pullarını milli valyutadan xarici valyutalara, o cümlədən dollara çevirməyə və ya qızıla investisiya etməyə vadar edir.

Fevralın 27-də “Samt” qəzeti İranda banklardan və ölkədən kapital axını ilə bağlı məqalədə iqtisadçı və universitet professoru Hamed Paktinətə istinadən yazıb ki, cari günəş ilinin ilk yarısında ölkədən 13 milyard dollar kapital çıxarılıb. İqtisadçının sözlərinə görə, “bu rəqəm keçən günəş ilinin ilk yarısı ilə müqayisədə iki dəfə çoxdur ki, bu da ölkədən kapital axınının artmasından xəbər verir”.

XS
SM
MD
LG