Accessibility links

ABŞ: Krım Ukraynaya məxsusdur


Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Rusiyanın 9 il əvvəl Krımı ilhaq etməsi beynəlxalq hüququn, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.

Prays "ABŞ Ukraynanın Krım platformasının qlobal diqqəti cəlb edən Rusiya işğalına yönəltmək səylərini alqışlayır" deyib.

"ABŞ Rusiyanın yarımadanın ilhaqını tanımır və heç vaxt tanımayacaq. Krım Ukraynadır"- deyə, o əlavə edib.

Rusiya 2014-cü ildə Ukraynaya məxsus olan Krımı ilhaq etmək üçün referendumdan bəhanə kimi istifadə edib. Ötən ilin sentyabrında Moskva Ukraynanın dörd vilayətinin Rusiyaya qoşulması ilə bağlı uydurma referendumlar keçirib.

Bu, Ukrayna, onun Qərb müttəfiqləri və BMT Baş Assambleyasında təmsil olunan ölkələrin böyük əksəriyyəti tərəfindən qeyri-legitim adlandırılıb.

XS
SM
MD
LG