Accessibility links

Avropa Şurasında Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin bir ili qeyd edilib


Avropa Şurasında Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin bir ili qeyd edilib
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Avropa Şurasında Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin bir ili qeyd edilib

Fevralın 24-ü Strasburqda Avropa Şurasının qərargahında Rusiyanın Ukraynaya qarşı müharibəsinin bir illiyi anılıb. Avropa Şurasının liderləri Ukraynaya dəstəklərini ifadə edib, Rusiyanın təcavüzkar siyasətini pisləyiblər.

Avropa Şurası Nazirlər Komitəsinin sədri, İslandiyanın Xarici İşlər Naziri Tordis Kolbrun qeyd edib ki, Ukrayna xalqı öz vətənini müdafiə etməklə yanaşı, demokratiya, insan haqları və qanunun aliliyi kimi dəyərlər üçün mübarizə aparır. Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç Buriç Ukrayna xalqının əzmkarlığını alqışlayıb, Ukraynanı sona qədər dəstəkləyəcəklərini deyib.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks Rusiyanın Ukrayna sərhədlərini keçməklə, həm də Avropa Şurasının qırmızı xətlərini keçdiyini bildirib. AŞPA Prezidenti, həmçinin, Rusiya qoşunlarının Ukraynada törətdiyi vəhşiliklərə görə məsuliyyət daşıyacağını vurğulayıb.

“Beynəlxalq Cinayət Məhkəməsinin cinayətləri araşdırmasına Rusiya əngəl olur. Ona görə də Xüsusi Beynəlxalq Cinayət Tribunalına ehtiyac var. Bizim Assambleya buna çağırır. Nazirlər Komitəsi də, mənə elə gəlir, bu fikirdədir. Həm Avropada, həm də başqa yerlərdə çağırışı dəstəkləyən ölkələrin sayı hər gün artmaqdadır. Heç kəs cəzasız qalmamalıdır. Nə əsgər, nə zabit, nə müharibəni maliyyələşdirənlər, nə də ki, müharibənin başlamasında əsas məsuliyyəti daşıyanlar - Rusiya Federasiyası Prezidenti, hökuməti və parlamenti” - Tini Koks qeyd edib.

Avropa Şurasının Nazirlər Komitəsi keçirdiyi növbədənkənar iclasda Rusiyanın Ukraynaya qarşı təcavüzünə güclü və birmənalı beynəlxalq hüquqi reaksiyanın zəruriliyini bir daha təsdiqləyib. Nazirlər Komitəsi Rusiyanın təcavüzü nəticəsində dəymiş ziyan, itki və ya xəsarətlə bağlı sübutların qeydə alınması və sənədləşdirilməsi üçün reyestrə təcili ehtiyac olduğunu bildirib.

Fevralın 24-ü Strasburqda məskunlaşan ukraynalı qaçqınlar və yerli icma bir araya gələrək müharibə nəticəsində həyatını itirənlərin xatirəsini anıblar.

Avropa Şurası Ukraynaya qarşı hərbi təcavüzünə görə Rusiyanı öz sıralarından xaric edən ilk beynəlxalq təşkilatdır. Ötən il fevralın 24-ü Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləyə başlamasından sonra Avropa Şurası Rusiyanın qanuni öhdəliklərini ciddi şəkildə pozmasına görə təşkilata üzvlüyünü dondurmuş, AŞPA ötən il martın 14-15-i baş tutan fövqəladə sessiyanda Rusiyanın qurumdan xaric edilməsinə qərar vermişdi. Ötən il martın 16-sı Rusiyanın Avropa Şurasına üzvlüyünə rəsmi qaydada xitam verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG