Accessibility links

Urmiyə millət vəkili: Hava limanında uçuşlar 70 faiz azalıb


Qərbi Azərbaycan Vilayəti
Qərbi Azərbaycan Vilayəti

Urmiyənin İran parlamentindəki nümayəndələrindən biri şəhərin hava limanında uçuşların sayının 70% azaldığını və bunun Qərbi Azərbaycan vilayətinin iqtisadiyyatına ziyan vurduğunu bildirib.

Yarı-rəsmi İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Seyid Salman Zakir İran parlamentinin açıq iclasında Urmiyə hava limanında vəziyyəti tənqid edərək, aeroportun bağlı olduğunu və gündə bir reysin icra olunduğunu bildirib.

"Hava yolları şirkətləri haradadır? Bir hava limanının oturacaqlarının 70 faizinin boş qalması necə mümkündür?" - deyə, millət vəkili qeyd edib.

Seyid Salman Zakir parlamentdə çıxışı zamanı "niyə başqa vilayətlərə buna bənzər baxışınız yoxdur?" - deyə sual edib. "Əgər idarə edə bilmirsinizsə, buraxın xalq və özəl sektor idarəçiliyə keçsin," o əlavə edib.

Bundan əvvəl Seyid Salman Zakir İLNA xəbər agentliyinə müsahibəsində demişdi ki, Urmiyə hava limanının bağlanması vilayət iqtisadiyyatına "düzəldilməsi mümkün olmayan ziyan" vurur.

Urmiyə hava limanında zəif idarəçiliyə görə əksər reyslərin ləğv edilməsi və gecikdirilməsi insanların narazılığına və etirazına səbəb olub. Bir çox sərnişinlər hava limanında reyslərin qeyri-müəyyənliyi səbəbindən başqa səyahət vasitələrindən istifadə edirlər.

XS
SM
MD
LG