Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İŞİD terror təşkilatının mühasibini saxladığı bildirilir.
Bu barədə Azərbaycanın yerli mediası məlumat yayıb.
Məlumatlarda deyilir ki, uzun müddət müxtəlif ölkələrdə gizlənən İŞİD-in mühasibi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Rəsmi qurumlardan xəbərlə bağlı ətraflı məlumat almaq hələ mümkün olmayıb.