Accessibility links

Samirə Qasımlı: İranda islam inqilabı kimi gözlənilmədən yeni inqilab baş verə bilər


Samirə Qasımlı: İranda islam inqilabı kimi gözlənilmədən yeni inqilab baş verə bilər
please wait

No media source currently available

0:00 0:07:20 0:00

Siyasi psixoloq Samirə Qasımlı Amerikanın Səsinə müsahibəsində İranda qadınların etirazlarının yaranma səbəblərindən danışıb.

Amerikanın Səsi: İranda hökumət əleyhinə nümayişlərin yeni dalğası qadınların diskriminasiyasına qarşı etirazlardan başladı. Bir proses İran Azərbaycanında da vüsət aldı. Sizcə İrandakı etirazlar qadın hüquqlarının genişləndirilməsi ilə nəticələnə bilərmi?

Samirə Qasımlı: İranda qadınların hüquqlarının tapdalanmasına sadəcə qadın hüquqları ilə bağlı bir məsələ kimi baxmaq doğru olmazdı. Bu ümumilikdə siyasi bir prosesdir. Ölkədəki siyasi rejimə, siyasi hüquqlara bağlı olan bir məsələdir. Ümumiyyətlə qadınların etiraz aksiyası birinci hal deyil. İlk dəfə 1981-ci ildə qadınların çadra geyinməsi mütləq olaraq gündəmə gəlmişdi. 1983-cü illərdən böyük qadın etiraz aksiyaları başlamışdı. Hətta orada arxiv kadrlarda belə bir nüans var idi. Qadın çadradadır. Qadın deyirdi ki, bu təkcə mənim azadlığımın boğulması deyil. Bu həm də mənim rahatlığımın əlimdən alınmasıdır. Mən sizə bir əhvalat danışım. 2000-ci illərdə mən İranda olmuşdum. Mənim üçün çox maraqlı idi. Tanış olduğum, gördüyüm qadınlardan soruşdum ki, bu qapanma, çadra, hicab onların könüllü istəyidir, yoxsa rejimdən gələn bir tələbdir. Mənə hamının dediyi bu idi ki, biz bilsəydik, bu xaltadan qurtula bilərdik. Zaman-zaman qığılcımlar başladıqca bu özünü kütləvi şəkildə göstərir. Bu son gördüyümüz Əminə Masaminin ölümü ilə başlanan proses bəhanə idi, səbəb deyil idi. Bu həm dediyim kimi, siyasi proseslər idi, siyasi azadlıqlar idi, iqtisadi azadlıqlar idi, qadınların işsizlik problemi idi. Bütün bunlar kütləvi şəkildə partlayış kimi özünü göstərdi. Burada artıq qadınların azadlıqları deyəndə həm də milli azlıqların problemləri özünü göstərdi.

Amerikanın Səsi: Ümumiyyətlə İranda siyasi proseslərin hansı istiqamətdə gedəcəyini necə proqnozlaşdırardınız? Bu ölkədə uzun müddət səngiməyən kütləvi etirazlar siyasi rejimin dəyişdirilməsinə gətirib çıxara bilərmı?

Samirə Qasımlı: Əlbəttə ki, İran rejimi dünyada nə birincidir, nə sonuncudur. İrticaçı bir rejim, qatı bir mühafizəkar rejim olduğundan zaman yetişəndə gözlənilməz bir qığılcımla böyük bir partlayış baş verə bilər. Bu son gördüyümüz aksiyalar sanki parın buraxılmasına bənzəyirdi. Zaman-zaman etirazlar coşurdu. Xalq küçələrə çıxırdı və o içindəki etirazı, nifrəti püskürürdü. Və ondan sonra rejim çox bərk olduğundan, oturuşmuş olduğundan yenidən geriyə çəkilmə proseslərini gördük. Amma nə zamansa çox böyük və ciddi proses baş verə biləcək ki, artıq rejim bunun qarşısında tab gətirə bilməyəcək. Hətta bu son aksiyalarda biz bunun bəzi elementlərini gördük. Bəzi hakimiyyətə bağlı qüvvələrin xalqın yanında olmağı və yaxud susması və s. Amma necə ki, İslam inqilabı gözlənilmədiyi bir vaxtda baş verdi , elə də gözlənilmədən yeni bir inqilab baş verə bilər, bu rejim devrilə bilər.

Amerikanın Səsi: İranda qadın hüquqları ilə bağlı cərəyan edən proseslər digər müsəlman ölkələrində bu sahədəki vəziyyətə necə təsir edə bilər? Ümumiyyətlə dünyada qloballaşma dönəmində müsəlman aləmində gender bərabərliyi istiqamətində mübarizənin güclənməsini gözləmək olarmı?

Samirə Qasımlı: Bayaq dediyim kimi bütün bu proseslər ən çox siyasi proseslərdən aslıdır. Ölkədə siyasi rejim nədirsə, onun yan təsirləri də digər proseslərə, azadlıqlara, hüquqlara təsirini göstərir. Baxın, bəzi dövlətlərdəki rejimlər bir-birindən fərqlənir. Məsələn Səudiyyə Ərəbistanını götürək. Monarxik rejimdir. Düzdür bəzən orada da qadınların azadlıq məsələsi qalxırdı. Orada azacıq öz təminatını tapırdı. Məsələn qadınların Səudiyyə Ərəbistanında maşın sürməsinə icazənin verilməsi. Məsələn götürək Əfqanıstanı. Əfqanistan ötən əsrin 60-70-ci illərində qadınların çox açıq geyindiyi, qadınların dövlət postlarında mövqe tutduqları bir ölkə idi. Qatı islamçılar hakimiyyətə gəldikdə qadınların ümumiyyətlə bütün hüquqları tapdandı. Bütün azadlıqlar boğuldu. Ona görə də biz İrandakı proseslərin Əfqanıstana necə təsir göstərəcəyini danışa bilmərik. Çünki ümumiyyətlə orada olduqca çox sərt bir rejimdir. Amma bir şey də deyə bilərəm ki, zamanla aşına-aşına müəyyən yumşalmalar baş verə bilər. Qadınlara müəyyən azadlıqlar verilə bilər. Amma o da siyasi rejimin verdiyi imkanların çərçivəsində olacaq. Ona görə biz İranı digərləri ilə müqayisə etməyimiz mən hesab edirəm ki, doğru olmazdı.

XS
SM
MD
LG