Accessibility links

Ukrayna Baxmut yaxınlığında vəziyyətin "çox ağır" olduğunu bildirib


Ukraynanın bazar ertəsi bildirdiyinə görə, Rusiya qüvvələri Baxmutun şimalındakı ərazilərdə "güclü hücum əməliyyatları" keçirir.

Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut aylardır ərazini ələ keçirməyə çalıçan Rusiya ilə şiddətli döyüşlərə səhnə olub.

Ukrayna prezidentinin ofisi gündəlik hesabatında Baxmutun şimalında yerləşən Paraskovivka kəndində vəziyyətin "ağır" olduğunu bildirib.

Ukrayna hərbçiləri Rusiyanın artilleriya və tankları ilə Baxmut bölgəsindəki 16 yaşayış məntəqəsinə hücum etdiyini bildirib.

Rusiyanın hərbiləşdirilmiş "Vaqner" qrupunun rəhbəri bazar günü belə kəndlərdən biri olan Krasna Horanı nəzarətə götürdüyünü iddia edib.

Bazar günü gecə etdiyi video-müraciəti zamanı prezident Volodimir Zelenski Rusiyanın cümə günü pilotsuz təyyarələr və raket hücumları nəticəsində zədələdiyi enerji sistemlərini bərpa edən ukraynalıların səylərini yüksək qiymətləndirib.

Zelenski deyib ki, insanların çoxu şənbə və bazar günləri fasilələrlə bir o qədər də üzləşməli olmayıb.

"Bu həftə kütləvi raket zərbələrindən sonra bizim enerjisizlikdən əziyyət çəkməməyimizin özü bizim energetika işçilərinin peşəkarlığını sübut edir. Biz başa düşməliyik ki, bu, hələ enerji cəbhəsində həlledici qələbə deyil. Təəssüf ki, Rusiyadan yeni terror aktları ola bilər. Əgər dağıntı və ya istehlak daha çox olarsa, yeni məhdudiyyətlər ola bilər" - deyə, Zelenski bildirib.

Zelenski deyib ki, bazar ertəsi iş həftəsi başlayanda planlaşdırılmış enerji kəsintiləri yenidən olacaq.

XS
SM
MD
LG