Accessibility links

Yunanıstan və Türkiyə zəlzələdən sonra münasibətlərin yaxşılaşdırılmasına çağırır


Yunanıstanın xarici işlər naziri Nikos Dendias Adana şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb, 12 fevral 2023.
Yunanıstanın xarici işlər naziri Nikos Dendias Adana şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb, 12 fevral 2023.

Yunanıstanın xarici işlər naziri iki NATO ölkəsi arasında uzun müddətdir davam edən rəqabətə baxmayaraq, keçən həftə dağıdıcı zəlzələdən sonra dəstək nümayiş etdirmək məqsədilə fevralın 12-də Türkiyəyə səfər edib.

Xarici işlər naziri Nikos Dendias helikopterlərə zəlzələdən zərər çəkmiş bölgələrə uçmazdan əvvəl türkiyəli həmkarı Mövlud Çavuşoğlu tərəfindən ERT dövlət telekanalının yayımladığı görüntülərə əsasən səmimi qarşılanıb.

Nikos Dendias fevralın 6-da baş verən zəlzələdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ardınca Türkiyəyə səfər edən ikinci xarici işlər naziridir.

“Türkiyə rəhbərliyinə və türk xalqına iki dağıdıcı zəlzələdən sonra itkilərə görə Mitsotakis hökuməti və bütün Yunanıstan xalqı adından ən səmimi başsağlığını çatdırmaq istəyirəm”, Dendias Çavuşoğlu ilə Antakyada keçirdiyi mətbuat konfransında Yunanıstanın baş naziri Kiriakos Mitsotakisa istinad edərək deyib.

“Bu, yunan xalqının Türkiyə və türk əhalisi ilə həmrəyliyinə dəlalət edir. Yunanıstan zəlzələdən sonra Türkiyəyə zəng edib yardım təklif edən ilk ölkələrdən biri olub”, Çavuşoğlu əlavə edib.

Yunanıstan və Türkiyə arasında əsrlər boyu davam edən rəqabət mövcuddur, lakin ərazi və enerji mübahisələri və son zamanlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müdaxilə ilə bağlı hədələri ilə bu rəqabət daha da dərinləşib.

Bununla belə, seysmik qırılma xətləri üzərində yerləşən iki qonşu ölkə arasında təbii fəlakətlər zamanı bir-birinə kömək etmək ənənəsi var.

Çavuşoğlu 1999-cu ildə Türkiyə və Yunanıstanda zəlzələlər baş verən zaman qarşılıqlı yardımı və o zaman “münasibətlərimizi inkişaf etdirmək üçün başqa bir zəlzələ gözləmək lazım deyil” dediyini xatırladıb.

“Mən bunu o vaxt adi bir vətəndaş kimi demişəm, amma bu gün Türkiyənin xarici işlər naziri kimi eyni cür düşünürəm”, o deyib. “Ümid edirəm ki, dialoqla fikir ayrılıqlarımızın səmimi şəkildə həlli üçün səy göstərəcəyik”, Çavuşoğlu əlavə edib.

Dendias da həmçinin “əlaqələrimizi yaxşılaşdırmaq üçün təbii fəlakətləri gözləmək lazım deyil” deyərək, Yunanıstanın Türkiyəyə yardım səylərinin davam edəcəyini bildirib.

Dendiasın bildirdiyinə görə, Yunanıstan hökuməti 80 ton tibbi və ilk yardım avadanlığı, eləcə də digər avropalı xilasedicilərlə birlikdə 205 nəfəri xilas edən xilasedicilər göndərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG