Accessibility links

ABŞ və Ukrayna müdafiə nazirləri müttəfiqlərin görüşlərindən öncə “prioritetləri” müzakirə edib


Arxiv fotosu - ABŞ müdafiə naziri Lloyd Astin və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Almaniyada Ramşteyn hərbi hava bazasında Ukraynanın özünü müdafiənə necə kömək ediləcəyini müzakirə etmək üçün keçirilən görüşdə iştirak edir, 20 yanvar 2023.
Arxiv fotosu - ABŞ müdafiə naziri Lloyd Astin və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Almaniyada Ramşteyn hərbi hava bazasında Ukraynanın özünü müdafiənə necə kömək ediləcəyini müzakirə etmək üçün keçirilən görüşdə iştirak edir, 20 yanvar 2023.

ABŞ-ın müdafiə naziri Lloyd Austin və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Brüsseldə Kyivin müttəfiqlərinin gözlənilən görüşlərində prioritetləri, o cümlədən hava hücumundan müdafiə və artilleriya məsələlərini müzakirə ediblər.

Danışıqlarla bağlı məlumatı hər iki tərəf şənbə günü axşam saatlarında verib.

Ukrayna prezidenti Volodimir Zelenski və digər Ukrayna rəsmiləri Amerikanın M1 Abrams, Almaniyanın Leopard 2 və Britaniyanın Challenger 2 də tankları daxil olmaqla, onlarla müasir döyüş tanklarının təqdim ediləcəyi vədindən sonra müttəfiqləri qırıcı təyyarələrin təmin edilməsinə çağırır.

Ukraynanın müdafiə məsələləri ilə bağlı Təmas Qrupu çərşənbə axşamı Brüsseldə NATO-nun mənzil-qərargahında görüş keçirəcək. Bu, yanvarın 20-də Almaniyanın Ramşteyn aviabazasında keçirilən müzakirələrdən sonra növbəti görüş olacaq.

Ramşteyn görüşü Ukraynaya tankların göndərilməsi ilə bağlı qərarın verilməsində həlledici rol oynayıb.

Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder bildirib ki, Austin Reznikovla vəd edilən silahların tez bir zamanda çatdırılmasının vacibliyini müzakirə edib.

Danışıqlardaın sonra Reznikov Twvitter hesabında “ABŞ Ukraynaya sarsılmaz dəstək verir” yazıb və əlavə edib ki, müdafiə nazirləri cəbhə xəttindəki vəziyyəti də müzakirə ediblər.

XS
SM
MD
LG