İranda son aylardakı hökümət əleyhinə geniş etirazlar ilə əlaqədar həbs edilmiş Leyli Purbaba və Şəqayiq Əlizadə sərbəst buraxıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Ərk cəmiyyətinin yaydığı məlumata görə, Purbaba və Əlizadə fevralın 7-də müvafiq olaraq Təbriz və Urmiyə həbsxanalarından azad ediliblər.
İki gənc qadının sərbəst buraxılmasının müvəqqəti, şərti və ya son vaxtlar gündəmdə olan “əfv sərəncamı” ilə olduğuna dair məlumat yayılmayıb.
Leyla Purbaba keçən noyabr ayının ilk günlərində Təbrizdə İranın kiber polisi tərəfindən saxlanılmışdı. Şəqayiq Əlizadəni isə təhlükəsizlik qüvvələri təqribən bir ay öncə Urmiyədə nəzarət altına almışdılar.
Keçən il sentyabr ayında bir gənc qadının Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda yüzlər etirazçı öldürülüb, minlərlə vətəndaş həbs edilmişdi.