Accessibility links

Türkiyə və Suriyada zəlzələ nəticəsində həyatını itirənlərin sayı 11 mini keçib


Türkiyə və Suriyadakı xilasedicilər bazar ertəsi bölgədə 11 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələlər nəticəsində uçmuş binaların dağıntıları altında sağ qalanları tapmaq üçün zaman və şaxtalı hava ilə mübarizə aparır.

Türkiyənin Fövqəladə Hallar Agentliyinin çərşənbə günü bildirdiyinə görə, Türkiyədəki xilasetmə işlərinə 96 min nəfər cəlb olunub.

İnsanlar dağıntılar altından sağ çıxarılan və tibbi yardım üçün xəstəxanalara aparılan zaman axtarış yerləri sevincə qərq olub. Lakin dağıntıların artması həm də itkilərin sayının artması deməkdir.

Türkiyə rəsmiləri azı 8574 nəfərin öldüyünü, 40 minə yazın insanın isə yaralandığını bildirib. Dəməşq hökuməti və xilasetmə qruplarının məlumatına görə, Suriyada azı 2500 nəfər ölüb.

2011-ci ildə Yaponiyada 20 minə yaxın insanın ölümünə səbəb olan zəlzələ və sunamidən sonra Türkiyə və Suriya ərazisini əhatə etmiş bu zəlzələ dünyanın ən ölümcül təbii fəlakətidir.

Bazar ertəsi səhər saatlarında baş verən zəlzələnin episentri Türkiyə-Suriya sərhədinə yaxın, Qaziantep şəhəri yaxınlığındakı Pazarcikdə olub.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan çərşənbə günü Fövqəladə Hallar Agentliyinin zəlzələdən zərər çəkmiş insanlar üçün Kahramanmaraşda qurduğu çadır şəhərciyii də daxil olmaqla, zəlzələnin baş verdiyi bölgəyə səfər edib.

XS
SM
MD
LG