Accessibility links

Azərbaycan və NATO arasında tərəfdaşlıq müzakirə olunub


Azərbaycan və NATO arasında tərəfdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Twitter-də qeyd edib ki, ABŞ-nin alyansdakı daimi təmsilçisi Julliana Smitlə görüşüb.

“ABŞ-nin Alyansdakı daimi təmsilçisi Julliana Smit ilə görüşdən çox məmnun oldum. Biz bu ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını müzakirə etdik. Baş vermiş hadisə ilə əlaqədar ABŞ rəsmilərinin Azərbaycana birmənalı və çevik dəstəyini alqışladım,” səfir qeyd edib.

Cəfər Hüseynzadə həmçinin görüşdə Azərbaycan-Ermənistan arasında normallaşma prosesi, Laçın yolu ətrafındakı vəziyyət və digər regional məsələlər müzakirə edilib.

Yanvarın 27-də silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə postunu atəşə tutub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivli olduğunu bildirib. Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib. Hadisə İran və Azərbaycan arasında münasibətlərdə son zamanlar gərginliyin artdığı vaxt baş verib.

XS
SM
MD
LG