Accessibility links

Daşkəsənin Alaxançallı kəndi

Daşkəsənin dağları arasında yerləşən Alaxançallı kəndində uzun müddət ki, sakinlər çətin şəraitdə yaşayırlar. Kəndə elektrik xətti çəkilsə də, qaz təchizatı hələ də problem olaraq qalmaqdadır.

Burada heç də hər kəs qış aylarında isinmək üçün lazım olan odu almaq gücündə deyil. Bir maşın odunun qiyməti isə təxminən 400 manatdır. Bəziləri sel sualarının gətirdiyi ağac qırıntılarını, bəziləri isə mal təzəyini qurudub yandıraraq isinir. Qış mövsümündə şaxtalı havaların başlaması ilə kəndə gediş-gəliş məhdudlaşır. Ona görə də kənd sakinləri imkanları çatdıqları qədər, öncədən qış üçün lazım olan ərzaqları alıb saxlayırlar.

Bir çox kənd sakini isə əlverişsiz şəraitə görə, kənddən tamamilə köçüb gedib. Gedən sakinlərin baxımsız evləri isə müəyyən zamandan sonra yağış və küləyin nəticəsində dağılmağa başlayır. Sakinlər hələ də ümid edirlər ki, nə zamansa buralara yol və qaz çəkiləcək. Amma son 50 ildə az irəliləyişin olduğunu deyirlər. Ona görə də kənd camaatının sayı ildən-ilə azalır.


Daha çox yüklə

XS
SM
MD
LG