Accessibility links

Ərdəbildə milli fəallar ‘vəkalət’ kampaniyasına qarşı divarlara şüarlar yazıblar


Ərdəbildə milli fəalların divar yazmaları
Ərdəbildə milli fəalların divar yazmaları

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, Ərdəbil şəhərində azərbaycanlı milli fəallar Məhəmməd Rza Pəhləvinin oğlunun tərəfdarlarının vəkalət kampaniyasına cavab olaraq şəhərdə divarlara şüarlar yazıblar.

İlk dəfə “Abbas Lisani” adlı Teleqram kanalı tərəfindən yayımlanan bu görüntülərdə şəhərin bir neçə yerində milli fəalların divarlara “Azərbaycan heç kimə vəkalət vermir” və “Azərbaycan heç kəsin başına tac qoymayacaq” kimi şüarlar yazdığı göstərilir.

Milli fəalların Ərdəbil şəhərinin divarlarına yazdıqları digər şüarlar arasında Azərbaycanda milli hökumətin qurulduğu 1945-ci il qeyd edilir. İran Azərbaycanında 1945-ci il (1324 günəş ili) tarixi azərbaycanlıların öz muxtariyyəti və müqəddəratını təyin etməsinin simvolu kimi tanınır.

“Azərbaycanın öz milli qəhrəmanları var - Abbas Lisani” və “Fərdiyyətçiliyə yox” şüarları da Ərdəbildə milli fəalların divarlarda yazdıqları digər şüarlar arasında olub. Pəhləvi tərəfdarlarının başlatdığı kampaniyanın müqabilində müxaliflər xalqın bir şəxs tərəfindən təmsil edilməsi üçün vəkalət verilməsini “fərdiyyətçilik” adlandıraraq, bunun demokratiya dəyərlərinə zidd olduğunu bildirirlər.

Bu günlərdə İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin tərəfdarları “mən vəkalət verirəm” adlı kampaniyaya başlayıblar. Kampaniyanın məqsədi Rza Pəhləvini beynəlxalq səviyyədə İranda yaşayan xalqın təmsilçisi təyin etməkdir.

Rza Pəhləvi Manoto telekanalına müsahibə verdikdən sonra Twitter-də “mən vəkalət verirəm” kampaniyasına start verilib, lakin bundan dərhal sonra ölkədə türklər, kürdlər, ərəblər, türkmənlər və respublikaçılardan ibarət olan fəallar bu kampaniyaya qarşı “vəkalət vermirəm” adlı kampaniya başlayıblar.

Rza Pəhləvinin pərəstişkarları onun İranda xalq etirazlarının irəliləyişində birləşdirici fiqur kimi müsbət rol oynaya biləcəyinə inansalar da, qarşı tərəfdəki müxaliflər bunun İslam Respublikasına qarşı mübarizə aparan müxtəlif qüvvələr arasında ittifaqın yaradılmasına mane ola biləcəyini hesab etdiklərini bildirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG