Son həftələr İranda soyuqların düşməsi il birlikdə, dövlət İran Azərbaycanı daxil olmaqla, bəzi vilayətlərdə təhsil ocaqları, dövlət idarələri, bəzi yanacaqdoldurma məntəqələri və özəl şirkətlər tətil elan edərək evlərə təbii qaz axınının təminatına çalışır.
Enerji strateqi Umud Şükri Amerikanın Səsinə müsahibədə İranda enerji böhranının göründüyündən daha böyük olduğunu və bunu çözməyə qadir olmayan dövlətin məsələni bir şəkildə idarə etməyə çalışdığını ifadə edib.
"İranda böyük enerji böhranı var. İran inqilabdan sonra 40 ildir ki, hər il sanksiyalara məruz qalır. Zamanında xaricdən İrana nə sərmayə gəldi nə də texnologiya. İranın öz şirkətləri də texnologiya və pul qaynaqları baxımından yetərli deyillər" , ekspert deyib.
Umud Şükri hızırkı vəziyyətin davam etdiyi təqdirdə İranın yaxın gələcəkdə təbii qazdan əlavə, elektrik enerjisi və neft sahəsində də ciddi böhranlarla üzləşəcəyini vurğulayıb:
"İranın neft Naziri Cavad Ovci İranın bu günkü təbii qaz potensialını qorumaq üçün 80 milyard dollar sərmayəyə ehtiyacı olduğunu dedi. İranın neft-kimya sektoru və elektrik şəbəkəsində də çox problemlər var. Bunlar çox köhnədir və yenilənməsi gərəkir. Gələcək 10 ildə İrana enerji sahəsində toplam 200 milyarda yaxın sərmayə lazimdir. Bunu içəridə təmin edilə bilməz. Xaricdən gəlməsi də nüvə anlaşması bərpa olmadan mümkün deyil".
İranın enerji böhranının bir qismi bu il göründü, ancaq gələcək aylar və illərdə həm elektrik enerjisi həm təbii qaz, 5-6 sonra isə neft sektorunda İran normal bir idxalatçı durumuna düşəcək.
O əlavə edib ki, "İranın enerji böhranının bir qismi bu il göründü, ancaq gələcək aylar və illərdə həm elektrik enerjisi həm təbii qaz, 5-6 sonra isə neft sektorunda İran normal bir idxalatçı durumuna düşəcək".
Ekspert İranda təbii qaz istehlakının istehsalından çox yüksək səviyyədə olduğuna diqqət çəkərək deyib ki, bu təbii qaz böhranı hər il qış aylarında daha çox görünür. Amm, yay aylarında da İranda istehsal ilə istehlak arasında balans yoxdur. İlin bir çox aylarında istehlak istehsaldan çoxdur. Buna görə, dövlət gəlir məktəblər, idarələr və ya böyük zavodların qazını kəsir. Yayda da bu təbii qaz böhranı özünü ekektrik enerjisində göstərir. Yəni elektrik stansiyalarına təbii qaz verə bilmədiyi üçün elektrik enerjisində çatışmazlıq olur".
Onun sözlərinə görə, "böhranı çözmək potensalına sahib olmadıqları üçün böhranı daha çox idarə etməyə çalışırlar. Yəni, bir sektordan alıb başqa sektora verirlər".
İranda xüsusilə qış mövsümlərində təbii qaz çatışmazlığı üzündən bəzi şəhərlərdə elektrik stansiyaları və böyük zavodların mazut istehlak etməsi havanın daha da çirklənməsinə yol açır.
Umud Şükri hava çirkliliyi və su böhranını da enerji böhranının fərqli yönlərindən olduğunu deyib.
Ekspert müsahibədə, həmçinin İslam İnqilabı Qvradiyasının (Sepah) Avropa Birliyi tərəfindən terror siyahısına salınmasının İranın enerji sektoru üzərində mümkün təsirlərini dəyərləndirib.