Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Quranın yandırılmasını qınayıb


Xarici İşlər Nazirliyi (Mənbə VOA)
Xarici İşlər Nazirliyi (Mənbə VOA)

"Stokholmda Türkiyə səfirliyi qarşısında Müqəddəs Qurani-Kərimi təhqir edən rəzil hərəkəti qətiyyətlə qınayırıq".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"İslamofob hərəkətləri açıq-aşkar hatecinayət (nifrət zəminində cinayət-red) söz azadlığının ifadəsi deyil. İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə məsuliyyətə cəlb etməyə çağırırıq" , Xarici İşlər Nazirliyi bildirir.

Yanvarın 21-də Danimarkanın "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludan Stokholmda Türkiyə səfirliyinin binası qarşısında Quranı yandırıb.

Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, ölkəsinin xəbərdarlıqlarına baxmayaraq, yanvarın 21-də İsveçdə "müqəddəs kitab Qurani-Kərimə qarşı törədilən iyrənc hərəkəti ən kəskin şəkildə pisləyir".

"Müsəlmanlara qarşı yönəlmiş və müqəddəs dəyərlərimizi təhqir edən bu islamofob təxribat xarakterli hərəkətə söz azadlığı adı altında yol verilməsi ilə heç bir şəkildə razılaşmırıq. Çünki bu, nifrət cinayətidir", Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Türkiyə Xarici İşlər Nazirliyi İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə, bütün ölkələri və beynəlxalq təşkilatları islamofobiyaya qarşı həmrəylik üçün konkret addımlar atmağa çağırıb.

XS
SM
MD
LG