Accessibility links

Avropa Parlamenti “Dağlıq Qarabağın blokadasının humanitar nəticələri” başlıqlı qətnamə qəbul edib


Avropa Parlamenti “Dağlıq Qarabağın blokadasının humanitar nəticələri” başlıqlı qətnamə qəbul edib
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Avropa Parlamenti yanvarın 19-u “Dağlıq Qarabağın blokadasının humanitar nəticələri” başlıqlı qətnamə qəbul edib.

Parlament Laçın dəhlizinin blokadaya alınmasının yaratdığı ağır humanitar böhrandan təəssüfləndiyini bildirib. Dəhliz müharibədən zərər çəkmiş regionu Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yol olduğundan, Azərbaycanı hərəkət azadlığını dərhal təmin etməyə çağırıb.

Qətnamədə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edən hərtərəfli sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanıb. BMT və ATƏT-in humanitar vəziyyətə dair faktların təsbiti üçün bölgəyə missiya göndərməsi qeyd edilib.

Parlament, həmçinin, Rusiya sülhməramlılarının fəaliyyətsizliyini pisləyib və onları ATƏT-in beynəlxalq sülhməramlılarının əvəz etməli olduğunu bildirib.

Azərbaycan Milli Məclisi yaydığı bəyanatda qətnamənin qeyri-obyektiv və ədalətsiz olduğunu, yalan və saxta məlumatlar əsasında hazırlandığını bildirib.

“Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə, Qarabağ ərazisində yaşayan 20 mindən artıq erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz. Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, “Qırmızı xaç” komitəsi nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır”

Ötən il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir. Etirazçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismar olunduğunu deyir.

XS
SM
MD
LG