Accessibility links

Məhkəmə Tofiq Yaqublunun ölkədən çıxış qadağasını qüvvədə saxlayıb


Yanvarın 10-da Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun Suraxanı Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.

2022-ci il noyabrın 16-da azadlıqdan şərti məhkum olunan Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi barədə müraciəti Suraxanı Rayon Məhkəməsi tərəfindən təmin edilməyib.

Qərar Bakı Şəhər Probasiya İdarəsi və prokurorluq nümayəndələrinin mülahizələri əsasında çıxarılıb. Qərara əsasən, Suraxanı Rayon Məhkəməsi Tofiq Yaqublunu atasının yas mərasimində iştirak etmək üçün Gürcüstana getməsinə icazə verməkdən imtina edib.

Bugünkü məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsindən həmin qərarın ləğvi tələb edilib.

Vəkil Aqil Layıcın verdiyi məlumata görə, şikayət təmin olunmayıb, Tofiq Yaqublunun ölkədən çıxışına qoyulan qadağa qüvvədə saxlanılıb.

Hazırda həbsdə olan və buna etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublu prosesdə iştirak etməyib.

Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin qərarından şikayət verəcəklərini bildirib.

Tofiq Yaqublu dünyaya gəldiyi və böyüdüyü Gürcüstana səfər etməyə çalışır. 2022-ci il oktyabrın 30-da onun atası Bakıda vəfat edib, noyabrın 1-i Gürcüstanda dəfn olunub. Şərti məhkumluq çəkdiyi üçün Tofiq Yaqublu dəfnə gedə bilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG