Accessibility links

BMT-nin insan hüquqları üzrə komissarı İranın edamlarını "dövlət tərəfindən sanksiyalaşdırılan qətllər" adlandırıb


Volker Turk
Volker Turk

BMT-nin insan haqları üzrə komissarı Volker Turk çərşənbə axşamı bildirib ki, İran etirazlarda iştirak edən insanları edam etməklə beynəlxalq insan haqları qanunlarını pozur.

"Nümayişlərdə iştirak və ya onları təşkil edənlərin əsas hüquqlarını həyata keçirdiklərinə görə cəzalandırılması üçün cinayət prosedurlarının işə salınması dövlətin icazəsi ilə qətlə yetirilməsinə bərabərdir", Turk açıqlamasında bildirib.

İranda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində öldürülməsinə cavab olaraq sentyabr ayında başlayan etirazlarla əlaqədar ən azı dörd nəfər edam edilib.

İranın məhkəmə sistemi bildirib ki, həmin şəxslər təhlükəsizlik qüvvələrinin üzvlərinə hücum etməkdə təqsirli bilinib.

BMT və hüquq qrupları sürətli, qapalı məhkəmə proseslərini tənqid edir. BMT-nin insan haqları ofisi daha iki edamın qaçılmaz olduğu barədə məlumat aldığını bildirib.

Turk İranı bütün edamları dərhal dayandırmağa və xalqının tələb etdiyi islahatlara ciddi şəkildə başlamağa çağırıb.

"İran hökuməti onların şikayətlərini dinləməklə, fikir müxtəlifliyinə hörmət, həyatın bütün sahələrində qadınların hüquqlarına hörmət və müdafiə, ifadə və toplaşma azadlığı hüquqlarını təmin etmək üçün zəruri olan hüquqi və siyasi islahatları həyata keçirməklə öz və xalqının maraqlarına daha yaxşı xidmət edərdi", o bildirib.

XS
SM
MD
LG