Accessibility links

Təbriz, Məlikkənd və Xoyda siyasi fəallar həbs edilib


İqbal Fərəci, Əli Şadi və Ehsan Nəsrullahi
İqbal Fərəci, Əli Şadi və Ehsan Nəsrullahi

İranda sentyabr ayında başlanan ümummilli etirazların şiddətində nisbi azalma görünsə də İran Azərbaycanı daxil olmaqla ölkənin müxtəlif bölgələrində vətəndaşlar və siyasi fəalların həbsi davam edir.

Hüquq müdafiəçiləri keçən günlərdə Təbrizdə siyasi fəal Əli Şadi, Məlikkənd şəhərində İqbal Fərəci və Xoyda Ehsan Nəsrullahinin nəzarət altına alındığına dair məlumat yayıblar.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, tanınmış siyasi fəal Əli Şadi çərşənbə günü Təbrizdəki iş yerində həbs edilib. Araz News xəbər saytı fəalın ailəsinin onun vəziyyəti ilə əlaqədar məlumat ala bilmədiyini yazıb.

İranın təhlükəsizlik qüvvələri İqbal Fərəcini bazar günü Məlikkənddə saxlayıblar. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi onun Təbrizdə təhlükəsizlik qurumuna aid bir həbsxanaya köçürüldüyünü bildirib.

Xoy şəhərində isə Ehsan Nəsrullahi təqribən 5 gün əvvəl həbs edilib. HRA-nın xəbərinə əsasən, Nəsrullahi etirazların başlandığından bəri üçüncü dəfədir ki, nəzarət altına alınır.

XS
SM
MD
LG