Accessibility links

Kanada 2022-ci ildə rekord səviyyədə mühacir qəbul edib


Kanada hökuməti sərt əmək bazarı ilə mübarizə məqsədi ilə 437 000-dən çox əcnəbiyə daimi yaşayış icazəsi verərək keçən il immiqrasiya rekordu qırıb.

Hökumət 2022-ci ildə 431645 yeni daimi sakini qarşılamağı qarşıya məqsəd qoymuşdu və İimmiqrasiya Nazirliyi Kanadanın bu hədəfə çatdığını və bunu Kanada tarixində ən böyük illik insan qəbulu olduğunu deyib.

Keçən ilin göstəricilərii Kanadanın 1913-cü ildə müəyyən edilmiş rekordu üstələdiyi 2021-ci ildən təxminən 9% yüksəkdir və Kanada 2025-ci ilin sonuna qədər 1,45 milyon yeni daimi sakin qəbul etmək istəyir.

Nazirlik bildirib ki, Kanada kəskin əmək bazarı çatışmazlığının həllinə diqqət yetirdiyi üçün immiqrasiya həllin əsas hissəsidir. Daimi yaşayış icazəsi olan insanlar adətən beş ildən sonra vətəndaşlıq üçün müraciət edə bilərlər.

Bəyanatda deyilir ki, mühacirlər Kanadanın işçi qüvvəsi artımının demək olar ki, 100%-ni təşkil edir və 2036-cı ilə qədər immiqrantlar Kanada əhalisinin 30%-ni təşkil edəcək.

Baş nazir Castin Trüdo hökuməti 2015-ci ildə hakimiyyətə gəldikdən sonra Kanada iqtisadiyyatını artırmaq və yaşlı əhalini dəstəkləmək üçün immiqrasiyaya arxalanıb.

Səhiyyə kimi sənaye sahələrində ixtisaslı işçi çatışmazlığı çox yüksəkdir və ən son rəsmi məlumatlar göstərir ki, oktyabr ayında Kanadada 871 300 boş iş yeri olub. Bu, may ayında Kanadada bir milyondan çox vakansiya ilə rekord səviyyəyə çatıb.

Lakin bir çox mühacir hələ də seçdikləri sahədə iş tapmaqda çətinlik çəkir. Bəzi müdafiəçilər deyir ki, dəstəklər yeni daimi sakinlərin sayına uyğun artmayıb.

Nazirlik bildirib ki, Kanada, həmçinin COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra müraciətlərin sayının artması ilə ayaqlaşmaq üçün mübarizə aparır. Belə ki, prosesdən keçmiş müraciətlərin sayı əvvəlki ilə nisbətən iki dəfə artaraq, 2022-ci ildə təxminən 5.2 milyona çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG