Accessibility links

Ukraynada Banksy-inin divar rəsmlərini oğurlamaqda şübhəli bilinən şəxs 12 il həbs cəzası ala bilər


Ukrayna prokurorları elan ediblər ki, Rusiya bombardmanı nəticəsində böyük ziyan dəymiş şəhərdə Banksy çəkdiyi divar rəsminin sökülməsini təşkil etməkdə şübhəli bilinən şəxs təqsirli bilinərsə, 12 il həbs cəzası ala bilər.

Rəsmilərin bildirdiyinə görə, xalat geyinmiş, qaz maskalı və əlində yanğınsöndürən tutan qadının təsvir olunduğu rəsm əsəri dekabrın 2-də paytaxt Kiyevin şimal-qərbində yerləşən Hostomel şəhərində divardan götürülüb.

Ukrayna Baş Prokurorluğunun vebsaytında verildiyi açıqlamada əməliyyatı təşkil etdiyinə inandığı şəxsə “şübhə bildirişi” verildiyini bildirib.

Yanvarın 2-də yayılan məlumatda deyilir ki, "O, işin dəyərindən xəbərdar idi və işi görən kimi qraffiti satmağı və əldə edəcəyi vəsiti bilirdi. Bunun üçün o, niyyətindən xəbəri olmayan adamlardan kömək istəyib və onları divar rəsmini sökmək üçün bütün lazımi icazələrə malik olduğuna inandırıb".

Baş Prokurorluq məşhur britaniyalı rəssamın əsərinin dəyərini 9 milyon qrivnadan (243 900 dollar) çox qiymətləndirib.

"Cinayətkarlar taxta lövhələr və polietilenin köməyi ilə bu qraffiti daşımağa cəhd ediblər" deyə bildirilir.

Məlumatda həmçinin bildirilir ki, "Vətəndaşların narahatlığı sayəsində polis və digər təhlükəsizlik qüvvələri cinayətkarları yaxalamağa nail olublar".

Bundan əvvəl Ukrayna mediası Banksy-inin divar rəsmlərini oğurladığına görə səkkiz şübhəlinin saxlanıldığını bildirib.

Divar rəsmləri götürülüb və hazırda Ukrayna Mədəniyyət Nazirliyinin əlində olduğu bildirilir.

Banksi təsdiqləyib ki, o, fevralın sonunda Rusiyanın Ukraynanı işğal etməsindən sonra şiddətli döyüşlərin baş verdiyi yerlərdə divar və digər altı rəsm əsərini çəkib.

Azad edilmiş Borodyanka şəhərində Rusiyanın atəşi nəticəsində zədələnmiş binanın üzərində çəkilmiş söküntü yığını üzərində tarazlığını tutmağa çalışan qadın gimnastın şəkli noyabrın 11-də Banksy tərəfindən paylaşılmışdı.

Kimliyi naməlum olaraq qalan Banksy Nyu-York, London və İordan çayının qərb sahili də daxil olmaqla, təxminən iyirmi ildir ki, bütün dünyada, əksəriyyəti siyasi mesajlarla birlikdə küçə sənət əsərləri yaradıb.

XS
SM
MD
LG