Accessibility links

İranlı etirazçılar Cavanrud sakinlərinə dəstək nümayişləri keçirir


Sentyabr ayında Tehran keçirilən etirazlar zamanı polis motosikleti yandırrılıb. 19 sentyabr 2022-ci il
Sentyabr ayında Tehran keçirilən etirazlar zamanı polis motosikleti yandırrılıb. 19 sentyabr 2022-ci il

İranın bir sıra qərb şəhərlərində etirazçılar sentyabrın ortalarında 22 yaşlı tələbə Məhsa Əmininin ölümü ilə bağlı ümummilli etirazlar zamanı təhlükəsizlik qüvvələrinin ölümcül hücumlarına məruz qalan Cavanrud nümayişçilərə dəstək üçün gecə boyu küçələrdə nümayiş keçirib.

İranın kürdlərin məskunlaşdığı Mahabad şəhərində nümayişçilər rejim əleyhinə davam edən iğtişaşlarda təhlükəsizlik qüvvələri tərəfindən öldürülən gənc etirazçı Şemal Xadiripur üçün 40 günlük matəm müddətinin başa çatması münasibətilə yanvarın 2-də yerli məzarlığa toplanıb.

Mərasimdən sonra etirazçılar Mahabadın bir neçə bölgəsində od yandırıb, küçələri bağlayıb və üç gündür İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ilə üz-üzə qalan Cavanrud xalqına dəstək ifadə edərək hökumət əleyhinə şüarlar səsləndiriblər.

Dekabrın 31-də insanlar öldürülən etirazçıların xatirəsini anmaq üçün toplaşdıqdan sonra təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmadan sonra Cavanrud ciddi təhlükəsizlik nəzarəti altındadır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri o vaxtdan bəri küçələrdə sıx reydlər keçirir.

İranın qərbindəki Sənəndəc şəhərindən sosial şəbəkələrdə yayımlanan videoda nümayişçilərin yanvarın 2-də hökumət binasını yandırdığı görünür.

Digər tərəfdən İranın paytaxtı Tehranda etirazçılar 2020-ci il yanvarın 3-də İraqda pilotsuz təyyarənin hücumu nəticəsində ABŞ tərəfindən öldürülən Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin şəkillərini cırdığı görünüb.

Etirazçılar İranın mərkəzi Yəzd şəhəri də daxil olmaqla, Süleymaninin şərəfinə müxtəlif şəhərlərdə asılmış pankartları yandırırlar.

HRANA xəbər agentliyi yanvarın 2-nə yaydığı məlumata görə, təhlükəsizlik qüvvələrinin geniş yayılmış narazılığı boğmağa çalışması nəticəsində etirazlar zamanı azı 516 nəfər, o cümlədən 70 azyaşlı həlak olub.

XS
SM
MD
LG