Accessibility links

Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində qidalanma ilə bağlı əhaliyə müraciət edib


"Bayram günlərində istehlak olunacaq qida məhsullarını hazırlayarkən və bu məhsulları qəbul edərkən bir sıra təhlükəsizlik qaydalarına diqqət yetirmək vacibdir".

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində qidalanma ilə bağlı əhaliyə müraciətində deyilir.

Müraciətdə deyilir ki, qida zəhərlənmələri hallarının qarşısını almaq və təhlükəsiz qida qəbul etmək üçün yeməkləri hazırladıqdan sonra çox saxlamamaq tövsiyə olunur.

AQTA-nın məlumatına görə, ət, süd, balıq və donmuş qida kimi həssas məhsulların temperatur dəyişiklikləri zərərli mikroorqanizmlərin çoxalmasına səbəb olur.

“Bu isə məhsulların fiziki, kimyəvi və əmtəə görünüşünə mənfi təsir göstərir. Odur ki, zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını almaq və qidaların təzə qalmasını təmin etmək üçün soyuq zəncir istehsaldan istehlaka kimi bütün mərhələlərdə qırılmamalıdır. Bundan başqa, məhsulların fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə almaq və onları ən münasib şəraitdə saxlamaq lazımdır”- məlumatda deyilir.

Bundan başqa Qida Təhlükəsizliyi Agentliyi vətəndaşları satışa çıxarılan qida məhsulları olan hədiyyə qutularını alarkən diqqətli olmağa çağırır.

“ilk növbədə Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal və son istifadə tarixinin qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid olmadığını bilmək vacibdir. İstehlakçılar belə məhsulları alarkən qida məhsulunun çeşidindən asılı olaraq adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal və son istifadə tarixi, saxlanma şərtləri, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri kimi məlumatlara diqqət yetirməlidirlər,- AQTA-nın məlumatda bildirilir.

XS
SM
MD
LG