Accessibility links

Milad mesajında Roma papası Ukrayna üçün dua edib


Roma papası Fransisk bazar günü Vatikandakı Müqəddəs Pyotr Bazilikasından ənənəvi Milad nitqi ilə çıxış edərək Rusiyanın Ukraynadakı müharibəsini "məntiqsiz" adlandırıb və münaqişəyə son qoymağa çağırıb.

"Rəbb bütün əziyyət çəkənlərə kömək etmək üçün konkret həmrəylik jestləri təklif etməyə ilham versin və silahların gurultusunu susdurmaq və bu mənasız müharibəyə dərhal son qoymaq gücünə malik olanların şüurunu işıqlandırsın".

Vifleem "çörək evi" demək olduğunu xatırladan 86 yaşlı papa dünyanı bu gün ac qalan uşaqları xatırlamağa çağırıb, bu gün çoxlu yeməklər israf edilərkən, vəsaitlər silaha xərcləndiyini deyib.

O bildirib ki, ərzaq onsuz da əziyyət çəkən insanlara paylanması çətinləşdirilərək müharibə silahı kimi istifadə edilir.

"Bu gün gəlin, sülh şahzadəsindən öyrənək və - siyasi məsuliyyət daşıyanlardan başlayaraq - yeməyi yalnız sülh alətinə çevirməyi özümüzə borc bilək".

Prezident Volodymyr Zelenskyy şənbə günü Milad bayramını qeyd edən ukraynalılara videomüraciətində Rusiyanın hücumları qarşısında boyun əymədən və meydan oxumaqla öz Milad möcüzələrini yaratdıqlarını deyib.

"Biz müharibənin əvvəlində dözdük, hücumlara, təhdidlərə, nüvə şantajına, terrora, raket zərbələrinə tab gətirdik. Biz bu qışa dözəcəyik, çünki nə üçün mübarizə apardığımızı bilirik.Süfrəmiz dadlı olmaya bilər Ətrafında boş stullar ola bilər. Evlərimiz, küçələrimiz isə bu qədər işıqlı olmaya bilər".

Lakin o əlavə edib ki, Ukrayna xalqının yolu inam və səbrlə işıqlanır.

XS
SM
MD
LG