Accessibility links

Brüssel İrandakı belçikalıları ölkəni tərk etməyə çağırıb


Belçika hökuməti ümummilli etirazların zorakılıqla basdırıldığı İranda belçikalıları özbaşına həbslər riski səbəbindən ölkəni tərk etməyə çağırıb.

"Bütün belçikalı ziyarətçilər, o cümlədən (ikili) vətəndaşlar həbs, əsassız saxnılma və ədalətsiz mühakimə kimi yüksək riski altındadır. Bu risk İrana sadəcə olaraq turizm məqsədilə səfər edən insanlara da aiddir. Həbs və ya saxlanma halında fundamental hüquqlara hörmət və şəxslərin təhlükəsizliyi təmin edilmir", hökumətin bəyanatında deyilir.

Rəsmilər çərşənbə günü bildiriblər ki, İran belçikalı bir yardım işçisinə 28 il həbs cəzası verib və bu, dayandırılmış məhbus mübadiləsi müqaviləsi ilə bağlı onsuz da kəskin müzakirələrin daha qızışmasına səbəb olub.

Belçika 41 yaşlı Vandekastilin saxlanması üçün heç bir əsas olmadığını dəfələrlə bildirib.

Olivier Vandekastil fevral ayında həbs edilib və Belçikanın ədliyyə naziri Vincent Van Quickenbornun onun Tehranın məşhur Evin həbsxanasında "qeyri-insani" şəraitdə saxlanıldığı bildirilir.

Belçika israr edir ki, o, günahsızdır və faktiki olaraq Tehranın Belçikanı terrorizmdə təqsirli bilinən İran agentini azad etməyə məcbur etmək səylərində girov kimi saxlanılır.

Vandekastilin cəzası ilə bağlı xəbərlər Belçikada İranla əsir mübadiləsi müqaviləsi ətrafında müzakirələri yenidən gündəmə gətirib.

Baş nazir Aleksander De Kroo hökuməti əvvəllər bunu transfer üçün yeganə variant kimi təsvir edib. İranla müqavilə bu ilin əvvəlində imzalanıb və Vandekastil üçün açıq şəkildə hazırlanmasa da, Brüssel onun mübadilə üçün uyğun olacağını təsdiqləyib.

Lakin keçən həftə Belçikanın konstitusiya məhkəməsi müqavilənin qanuniliyi ilə bağlı yekun qərarı gələnə qədər yaxın üç ay ərzində onun icrasını dayandırıb.

İran hökumətinin əleyhdarları ötən il partlayıcı maddələrin tədarükünə görə 20 il həbs cəzasına məhkum edilmiş iranlı diplomat Əsədulla Əsədinin azadlığa buraxılmasına icazə vermək üçün "xüsusi olaraq hazırlandığını" iddia etdikləri sazişə etiraz edib.

Antverpen məhkəməsi Əsədini İranın mühacirətdəki müxalifətinin toplantısını hədəf almaq üçün Parisə getməli olan belçikalı cütlüyə partlayıcı maddələr verməkdə ittiham edib.

Bazar günü İspaniyada dünya çempionatına gedərkən İranda həbs edilən ispan futbol azarkeşi Santiaqo Sançesin qohumları və dostları Tehranın Madriddəki səfirliyi qarşısında keçirilən aksiyada onun azadlığa buraxılmasını tələb edib.

XS
SM
MD
LG