Accessibility links

"Orion" kosmik gəmisi Ay ətrafı uçuşundan sonra Yerə qayıdıb


Bazar günü Orion kapsulu Ay ətrafında pilotsuz uçuşunu başa vurub. Missiya Apollonun Aya enişindən 50 il sonra NASA-nın ilk Artemida Ay missiyasının sona çatdığını göstərib.

Sensorla təchiz olunmuş üç dummidən ibarət simulyasiya edilmiş ekipajı daşıyan Orion kapsulunun Kaliforniya sahillərində Sakit Okeana sıçraması gələcək Ay astronavtlarının təhlükəsiz şəkildə Yerə qayıda biləcəyini nümayiş etdirib.

"Orion" noyabrın 16-da Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzindən NASA-nın yeni nəsil Kosmos Başlatma Sistemi (SLS) super ağır daşıyıcısı ilə buraxılıb.

Missiya 25 gün davam etmişdi.

Orionun qayıdışı 11 dekabr 1972-ci ildə Gene Cernan və Harrison Şmittin Aya enişlərinin 50-ci ildönümündə baş verib. Onlar 1969-cu ildən bəri altı Apollon missiyası zamanı Ayda gəzən 12 NASA astronavtından sonuncusu olub.

Atmosferə enmə Orionun uçuşunun ən vacib mərhələsidir və bu, onun yeni yaradılmış istilik qoruyucusunun atmosfer sürtünməsinə tab gətirə biləcəyini və göyərtədə olacaq astronavtları etibarlı şəkildə qoruya bilib-bilmədiyini yoxlayır.

NASA-nın Artemis 1 missiyasının direktoru Mayk Sarafin keçən həftə keçirdiyi brifinqdə "Bu, bizim əsas prioritetimizdir" deyib.

Kapsulun Ay ətrafında uçuşu zamanı gözlənilməz rabitə kəsilməsi və enerji problemləri yaşansa da, NASA SLS və Orion-un işini yüksək qiymətləndirərək, onların kosmik agentliyin gözləntilərini aşdığını qeyd edib.

XS
SM
MD
LG