Accessibility links

Nəsimi Məmmədli: İranın islahatlara gedəcək bir dövlət olduğunu düşünmürəm


Siyasi şərhçi Nəsimi Məmmədli
Siyasi şərhçi Nəsimi Məmmədli

Siyasi şərhçi Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində İranda baş verən son etirazların ölkədə yaşayan xalqların sosial-siyasi hüquqlarına təsirlərindən danışıb.

Nəsimi Məmmədli: İran islahatlara gedəcək bir dövlət olduğunu düşünmürəm
please wait

No media source currently available

0:00 0:04:25 0:00

Amerikanın Səsi: İranda son etirazlarda bu ölkədə yaşayan xalqların milli və mədəni hüquqlarının təmin edilməsi istənilir. Sizcə bu proseslərin nəticəsi olaraq İran azərbaycanlıları üçün hansı haqlar tanına bilər?

Nəsimi Məmmədli: Doğrudan da İranda gərgin siyasi proseslər gedir. Bu fonda İran daxilindəki milli etniklərlə bağlı məsələlər də yerli, həm də region və qlobal müstəvidə də müzakirələrə çıxarılıb. Azərbaycanlılarla bağlı burada bir neçə problem mövcuddur. Onun başında ana dilində yazıb-oxuma, təhsil alma məsələsi gəlir. Bununla yanaşı əlbəttə orada ərzilərin tarixi adların dəyişdirilməsi məsələsi var. Azərbaycanlıların milli kimliyi ilə bağlı rejimin özü tərəfindən müəyyən basqıların olması faktları var. Əlbəttə bunlar müəyyən fikir qənaəti yaradır ki, daha çox bu milli haqlar arasında ana dilində təhsilin verilməsi, yazıb-oxunması bunlara nail olunması daha realdır. Bu, həm də İran Konstitusiyasının 15-ci maddəsində də bununla bağlı konkret tələblər var. Orada açıq şəkildə göstərilir ki, ayrı-ayrı qruplar öz ana dilində yazıb-oxuyub təhsil almaq hüququna malikdir.

Amerikanın Səsi: Sizcə etirazlar sonda İranda siyasi rejimin dəyişdirilməsinə gətirib çıxara bilərmi?

Nəsimi Məmədli: İran dünyanın ən qəddar rejimlərindən biridir hazırda. Bu etirazlara münasibətində də özünü göstərir. Arıtq 400-dən çox din nümayişçi öldürülüb. İnsanlar işgəncələrdən keçib. Təqiblər davam edir. Amma buna baxmayaraq etirazlar da səngimir. Əgər İranda biz indiyə qədər sosial yönümlü, hansısa seçkilərdən sonra biz etirazları görmüşdüksə ilk dəfə idi ki, burada ideoloji yönümlü, İran rejiminin əsaslarını sarsıda biləcək, laxlada biləcək etirazları görürük. Bu etirazlar əlbəttə mən düşünürəm ki, nəticəsiz bitməyəcək. Bu rejimin dəyişdirilməsi ilə nəticələnə biləcək bir prosesdir. 1979-cu ilin inqilabı da əslində belə başlamışdı. İranda çoxsaylı insanların prosesə qoşulması əlbəttə onu geriyədönməz bir mərhələyə gətirib çıxardır. İran islahatlara gedəcək bir dövlət olduğunu düşünmürəm. İran islahata getmə məsələsində əgər dirəniş göstərəcəksə bu vətəndaş –dövlət qarşıdurmasını daha da dərinləşdirəcək.

Amerikanın Səsi: Mövcud vəziyyətdə Azərbaycan Respublikası nəcə davranmalıdır, rəsmi Baki İran Azərbaycanlılarının hüquqlarının təmin edilməsi məsələsini beynəlxalq birliyin gündəminə gətirməlidirmi və belə olarsa İranın mümkün təhdidlərindən qorunmaq üçün hansı tədbirlər görülməlidir?

Nəsimi Məmədli: Əlbəttə, Azərbaycan ritorik baxımından İranla münasibətləri gərginləşdirmək mərhələsini çalışmalıdır ki, səngitsin. Çünki bu ritorik təhdidlər bir-birinə qarşı heç də gələcək qonşuluq münasibətlərində də müsbət nəticə doğurmayacaq. Amma buna baxmayaraq Azərbaycan beynəlxalq tribunada, xüsusilə BMT-nin və digər beynəlxalq qrumların tribunalarından İranda yaşayan azərbaycanlıların milli haqları ilə bağlı məsələləri qaldırmalıdır. Qətnamələr və qərarlar qəbul edilməsinə nail olmalıdır.

Xatırlatma

Amerikanın Səsinin müxbirinin İranın Bakıdakı səfirliyinə etdiyi telefon zənglərinə də cavab verən olmayıb.

İran-Azərbaycan münasibətlərində gərginlik artıq iki aydan çoxdur davam edir. Belə ki, oktyabr-noyabr aylarında İran Azərbaycanla, Azərbaycan isə İranla sərhəddə hərbi təlimlər keçirib.

Rəsmi Tehran Şiraz şəhərində terror hadisəsi ilə bağlı Azərbaycan vətəndaşlarını saxladığını, Azərbaycanın təhlükəsizlik qurumları isə İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat-pozuculuq fəaliyyəti ilə əlaqəli olduğu bildirilən iki qrupu həbs etdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi İran vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə dekabrın 3-də İranın Azərbaycandakı səfirliyinə nota göndərildiyini bildirib.

Ötən günlərdə 14 nəfər İran vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə (Dağlıq Qarabağa) daxil olduğu barədə xəbərlər yayılıb.

XS
SM
MD
LG