Accessibility links

Xəzər dənizində suitilərin kütləvi ölümü qeydə alınıb


Xəzər dənizinin Azərbaycan bölməsində suiti cəsədləri aşkar olunub.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Xəzər dənizinin Dağıstan sahillərində (Rusiya) suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində genişmiqyaslı monitorinqlər keçirilib.

Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu (Bakıdan 168 kilometr şimal, Rusiya ilə sərhəd) ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub.

"Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürüləcək və nəticələr barədə məlumat veriləcək," o qeyd edib.

Bununla yanaşı, Dağıstanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi dekabrın 4-də teleqram kanalında bildirib ki, respublika ərazisində Xəzər dənizinin bütün sahilləri boyunca ekoloji qurumların mütəxəssisləri ölü suitilərin sayını hesablamaqda davam edir.

“Təəssüf ki, hazırda 2500 baş ölü suitilər müəyyən edeilib. Cəsədlərə müxtəlif yerlərdə rast gəlinir. Xüsusilə çoxlu sayda cəsədlər Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında müəyəyn edilib. Səbəblər ölmüş heyvanların patoloji materialının laboratoriya tədqiqatlarından sonra müəyyən ediləcək,” nazirliyin məlumatında qeyd edilir.

Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov RİA Novosti agentliyinə bildirib ki, Xəzərdə suitilərin kütləvi ölümünə səbəb seysmik aktivlik nəticəsində metan tullantılarının buraxılması ola bilər

“Əgər akvatoriya kimyəvi və ya digər zərərli maddələrlə çirklənərsə, o zaman təkcə suitilər deyil, digər orqanizmlər, o cümlədən balıqlar da tələf olar. Buna görə də səbəb çox güman ki, təbiidir - suitilər boğulub," o, qeyd edib.

Agentlik bildirir ki, Xəzər suitisi endemikdir və Xəzər dənizində yaşayan yeganə dəniz məməliləri növüdür.

Yerli ekoloji mərkəzin məlumatına görə, hazırda bu regionda Xəzər suitilərinin sayı 70 min başdan çox deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG