Accessibility links

Təbriz sakini Pərisa Söhrabi həbsdən müvəqqəti olaraq azad edilib


Pərisa Söhrabi
Pərisa Söhrabi

Twitter sosial şəbəkəsində fəal olan Təbriz sakini Pərisa Söhrabi 40 gündən çox həbsdən sonra Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, o, dekabrın 6-da Təbriz Mərkəzi Həbsxanasından zaminə buraxılıb.

Təbrizli vətəndaşa qarşı irəli sürülən ittihamlar barəsində hələ ki, məlumat yoxdur. Söhrabi mülki girov qarşılığında məhkəmə qərarına qədər müvəqqəti olaraq sərbəst qalacaq.

Pərisa Söhrabi məhkəmədə həbs edilməzdən əvvəl, sentyabrın 26-da Twitter hesabında tvit yazdıqdan sonra kiber polis tərəfindən həbs edilmiş, ancaq sübut olmadığı üçün sərbəst buraxılmışdı.

Təxminən üç həftə sərbəst buraxılandan sonra o, Təbriz Ümumi və İnqilab Məhkəməsinə çağırılaraq, həbs edilib.

Pərisanın keçmişdə keçirdiyi əməliyyat və xəstəliyi səbəbindən ailəsi və yaxınları onun Təbrizin həbsxanasındakı səhhəti ilə bağlı narahat olduqlarını bildirmişdilər.

Pərisa Söhrabi Twitter-də qadın haqları ilə bağlı yazdığı tvitə görə Məhsa Əmininin öldürülməsindən sonra ölkədə kütləvi qiyamla eyni vaxtda həbs edilib.

XS
SM
MD
LG