Accessibility links

Taleh Bağırov 11 gündür aclıq edir


Taleh Bağırov (Arxiv foto, mənbə VOA)
Taleh Bağırov (Arxiv foto, mənbə VOA)

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov 11 gündür aclığı davam etdirir. O son günlər həkim müayinəsindən, vəkillərlə görüşdən və ailəsinə zəng etməkdən imtina edib.

Bu barədə Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə deyib.

“Taleh Bağırov yalnız bazar günü evə zəng edib. Sonra vəkili Fəxrəddin Mehdiyev onunla göürüşüb. Vəkil bildirdi ki, o çox zəifləyib, baş ağrıları var və temperaturu olur,” İsmayılzadə qeyd edib.

Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırov noyabrın 26-da “Zülmə son!” tələbi ilə aclığa başladığını bildirib.

O, yeni köçürüldüyü 12 saylı Cəzaçəkmə Müəssisəsində təhqirlərə məruz qalmasına etiraz olaraq aclq edir.

Məlumatla bağlı Penitensiar Xidmət hələ şərh verməyib. Amma bir qayda olaraq Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində saxlanılan insanların qeyri-insani rəftara məruz qalmaları ilə bağlı məlumatları təkzib edir. Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhkumların qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.

Rəsmi dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırov daxil olmaqla, 12 nəfər funksioneri və fəalı həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Taleh Bağırov 20 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkib.

Taleh Bağırov və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırovun təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahkar bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

Müsəlman Birliyi Hərəkatı funksionerlərinin və fəallarının həbsini siyasi sifariş hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG