Accessibility links

"Heç bir ölkə başqa xalqın ərazilərini almamalıdır, heç kimin başqa insanların həyatını almağa haqqı yoxdur"


"Heç bir ölkə başqa xalqın ərazilərini almamalıdır, heç kimin başqa insanların həyatını almağa haqqı yoxdur"
please wait

No media source currently available

0:00 0:02:51 0:00

"Bizim oğlanların böyük hörməti var və onlar mütləq qalib gələcəklər, başqa cür ola bilməz!"

Əvvəllər Polşada bir neçə il yaşamış Oksana İqnatova müharibə başlayanda Ukraynada idi. Milyonlarla ukraynalı Polşa sərhədini keçirdi. Sərhədlər çox yükləndiyinə görə, Oksana könüllülərin köməyi ilə Ruminya sərhədini keçərək, Polşaya gedib.

“Polşalılar ukraynalılara maksimal köməyi edirdilər. Vrotslav şəhərinə çatanda dərhal şəhər administrasiyasında könüllü kimi işə başladım və orada insanlara şəxsiyyət nömrəsini düzəltməyə kömək edirdim. Çox adam var idi. Adminstrasiya işçiləri insanları qəbul edəndə özlər ilə uşaqlar üçün yemək, şirniyyat, su ve meyvə şirələri gətirirdilər.

“Şüurlu olaraq başa düşürəm ki, müəyyən fərdlərə görə bütün xalqı qınamaq olmaz, amma mənim hisslərim ağlım dediklərindən çox fərqlidir Mən əmin deyiləm ki, mən onlarla hansısa bir şəkildə daha pis və ya yaxşı davranacağam, amma əminəm ki, rus xalqı ilə əlaqə əbədi olaraq, tam bir əsr əvvəl kəsilib və bir daha heç vaxt əlaqəmiz olmayacaq. Hazırda Ukrayna ərazisində baş verənlər Ukrayna xalqının soyqırımıdır".

Oksana müharibədən qaçarkən yolda fotokamerasını və bütün əşyalarını oğurlayıblar. Bu kafeyə gəldikdən sonra məkanın sahibi ona yeni kamera hədiyyə edib. Oksana deyir mən bunu çox yüksək qiymətləndirirəm. Bu davranış polyakların ukraynalılara münasibətini tam nümayiş etdirir.

"Bizim zəmanəmizdə müharibə olmamalıdır və heç bir ölkə başqa xalqın ərazilərini almamalıdır, heç kimin başqa insanların həyatını almağa haqqı yoxdur. Bu mənada azərbaycanlılara bircə onu deyə bilərəm ki, güc birlikdədir və şər həmişə cəzasını alacaq. Kim pisliklə başlasa, onun içində batmış olacaq".

XS
SM
MD
LG