Accessibility links

Amerikanın Səsi Vaqif Mustafazadənin ev muzeyində


Amerikanın Səsi Vaqif Mustafazadənin ev muzeyində
please wait

No media source currently available

0:00 0:04:13 0:00

İçərişəhərdə yerləşən, indi Vaqif Mustafazadə döngəsi kimi tanınan bu ünvanda dahi azərbaycanlı cazmenin ev muzeyi fəaliyyət göstərir. Muzey 2004-cü ildə təmir edildikdən sonra Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyətə başlayıb.

Muzeyin direktoru Afaq Əliyeva bildirib ki, bura vaxti ilə kommunal mənzil olub. Bu mənzilin 24 kvadrat metrində Vaqif Mustafazadə anası Zivər xanımla birlikdə yaşayıb. Vaqif Mustafazadənin davamçısı olan Əzizə Mustafazadə də burada dünyaya gəlib.

"Yeganə oğlunu itirdikdən sonra anası Zivər xanım Əliyeva bu muzeyi yaratmağa başladı. Çox işlər görüb anası Zivər xanım və ona Mədəniyyət naziri Polad Bülbüloğlu köməklik edib. 1989-cu ildə Vaqif Mustafazadənin memorial muzeyinin açılışı oldu. Zivər xanım burada müdir işləyirdi və bütün eksponatlar, bütün şəkillər Zivər xanım özü toplamışdı. Sovet vaxtında çox gözəl bir muzey açmışdı. Sonra, 1997-ci ildə Zivər xanım bu muzeyi mənə vəsiyyət etdi və dedi ki, mən bilirəm Vaqifin işlərini sən Azərbaycanda aparacaqsan. Mən Vaqif Mustafazadə adına xeyriyyə fondunu təşkil etdim və bu muzeydə çalışmağa başladım".

Muzey təmir olunan zaman mənzilin içərisindəki əşyalar da bərpa olunub.

Burda sərgilənən albomlarda Vaqifin uşaqlıq fotoları, ailəsi və özünün müxtəlif dövrlərinə aid xatirələri saxlanılır.

Muzeydə bəstkarın qızlarının portretlərini, büstü, taxtı, kreslo, stol və stulları görmək mümkündür..

"Vaqif Mustafazadənin anası Zivər xanım Əliyeva muğam müəlliməsi idi. Və muğam Vaqifin , necə deyərlər, anasının südü ilə qanına girib. Vaqif muğamı çox gözəl bilirdi. 1969-cu ildə Vaqif Mustafazadə "76 kompozisiya"nı çalanda, Bakıda, caz festivalında onun halı xarab olur. Gəlir evə, evdə ona tibbi yardım göstərirlər. Vaqif belə bir şey etdiyi üçün çox həyəcanlı idi. Anasından xahiş etdi ki, bayatı muğamını ifa et. Anası çaldı və Vaqif onda başa düşdüm ki, öz-özünə baxmayaraq necə oldu cazdan bu bayatı-şiraz muğama keçdi. Və onda Vaqif özü başa düşdüm ki, bu yenilikdir".

Amerikanın səsi radiosunda "Caz saatı" verilişini aparan Uillis Konoverlə Vaqif Mustafazadə ilk dəfə Tallində Beynəlxalq caz festivalında tanış olublar.

1978-ci ildə Konover Azərbaycanlı caz pianoçusunun musiqisinə həsr olunmuş ilk radio proqramını yayımladı.

1985-ci ildə Vaqif Mustafazadənin ölümündən sonra, Konover, ona həsr olunmuş daha iki proqram hazırladı.

XS
SM
MD
LG