Accessibility links

Nəticələr yaxın olduğundan ABŞ Konqresinə nəzarət üçün qalibi açıqlamaq mümkün deyil


Çərşənbə axşamı ABŞ seçiciləri ABŞ Konqresinə nəzarət barədə qərar vermək üçün seçki məntəqələrinə yollanıblar. Ancaq səslərin hesablanması hələ də davam edərkən, bir çox yarışlarda nəticələr çox yaxın olduğu üçün hələ də nəticələr açıqlanmır və Demokratların Nümayəndələr Palatasında və Senatda cüzi əksəriyyətini qoruyub saxlayacaqları və ya Respublikaçıların nəzarəti ələ keçirəcəkləri hələ də bəlli deyil.

Amerikalılar ölkənin növbəti iki il ərzində tutacağı istiqamətə səs verir, onlar Respublikaçıların liderliyinin vaxtının gəlib çatdığını və ya prezident Co Bayden Konqresdə Demokratların dəstəyini almağa davam edəcəyini seçir.

Bu il ABŞ Senatının üçdə birindən çoxu yenidən seçilməyə hazır idi. Respublikaçılar Demokratların cüzi üstünlüyünü aradan qaldırmaq üçün yalnız bir əlavə yer qazanmalı idi. Konqresmen Val Demminq Respublikaçı senator Marko Rubionu məğlub edə bilmədiyi Floridada Demokratlar erkən məğlubiyyətə uğrayıblar.

"Ölkə boyu nəticələri görəndə, hər şeyin nəyə görə belə olduğu bəlli olur. Bu ölkəni böyük edən insanlar unudulub" - deyə, Respublikaçı senator Marko Rubio bildirib.

Hələ nəticələri bəlli olmayan, amma göstəriciləri çox yaxın olan bir neçə Senat yarışı hansı partiyanın çoxluğa sahib olduğunu müəyyən edəcək.

Corciyada səslərin hesablanması Respublikaçı Senat namizədi Herşel Voker və Demokrat senator Rafael Vornok arasında az fərqlə bölünüb.

Şəhərətrafı qəsəbələrdə bir çox qadın və müstəqil seçici ilə rezonans doğuran mövzu

"Mən bütün abort hüquqları problemlərinə görə düzünü desəm, demokrat qalmaq üçün səs verirəm. Qadının hələ də seçim hüququ olması mənim üçün çox vacibdir. Və bu, mənim fikrimi güclü şəkildə dəyişdirib" - deyə, corciyalı seçici Hiter Peker bildirib.

Tarixən hakimiyyətdə olan partiya ara seçkilərində məğlub olur. Bəzi Corciya seçiciləri üçün bu seçki Baydendən narazılıqlarını ifadə etmək üçün bir fürsətdir.

"Düşünmürəm ki, o, çoxlu qərarlar verib. Düşünürəm ki, o, bu ifrat solçu və xüsusi maraqlar üçün daha çox söz sahibidir," Corciya seçicisi Betsi Nenek qeyd edib.

ABŞ Nümayəndələr Palatasındakı bütün 435 yer yenidən seçilməyə hazır idi, Demokratlar paytaxt Vaşinqton yaxınlığındakı Virciniya ştatında bəzi mühüm erkən qələbələri təmin ediblər. Səsvermə bülletenlərinin atılması və sayılmasında gecikmələr barədə ayrı-ayrı məlumatlar var, bunlardan bəzilərinin səbəbi maşın nasazlığı kimi göstərilir. Amma ümumilikdə ölkə üzrə səsvermə normal şərtlərdə keçib. Rəsmilər daha bir neçə gün son nəticələri yekunlaşdıra bilməyəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG