Accessibility links

ABŞ Cənubi Afrikada İslam Dövləti ilə əlaqəsi olan şirkətlərə sanksiya tətbiq edib


Bazar ertəsi ABŞ bir həftədən az müddətdə Afrikada İslam Dövləti qrupuna maliyyə və ya maddi dəstək verdiyini iddia etdiyi şəxslərə və şirkətlərə qarşı ikinci raund sanksiyalarını tətbiq edib.

Maliyyə Nazirliyinin açıqlamasında deyilir ki, son maliyyə cəzaları Cənubi Afrika qurumları, o cümlədən bir qruplaşmanın rəhbəri Fərhad Humerə "Birləşmiş Ştatların maraqlarına hücum etmək iradəsi və niyyətinə" görə tətbiq edilir.

Keçən həftə ABŞ İslam Dövlətinin Somalidə silah alveri ilə məşğul oan bir qrupuna qarşı sanksiya irəli sürüb. Hökumət hesabatlarında İslam Dövləti qrupunun İraq və Suriyada məğlubiyyətlə üzləşdikdən sonra Afrikadakı mövcudluğunu necə genişləndirdiyi göstərilir.

Dövlət Departamenti bütün dünyada doqquz qrupu İŞİD və xarici terror təşkilatları kimi tanıyıb. Son aksiyada Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Cənubi Afrika İslam Dövləti qruplaşmasında olduqlarını iddia etdiyi dörd nəfər və fiziki şəxslər tərəfindən idarə olunan səkkiz şirkət təyin edib, o cümlədən Nufael Əkbər, Yunus Məhəmməd Əkbər, Məhəmməd Əkbər və Ömər Əkbərin qızıl ticarəti, tikinti və digər firmaları sanksiyaların hədəfindədir.

Bu addım ABŞ qurumları ilə hər bir potensial əməliyyatları dondurur və bloklayır, amerikalıların onlarla iş aparmasının qarşısını alır.

Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi açıqlamada, "İŞİD-ə qalib gəlmək üçün Qlobal Koalisiyanın bir hissəsi olaraq, ABŞ İŞİD-in ölkə iqtisadiyyatını İŞİD-ə dəstək üçün vəsait toplamaq və köçürmək imkanından məhrum etmək üçün Cənubi Afrika ilə tərəfdaşlığını davam etdirəcək" deyib.

İslam Dövləti qruplaşması bəzən İraq və Suriya İslam Dövləti və ya İŞİD kimi tanınır.

Nazirlik keçən həftə Somalidəki İslam Dövləti və Əl-Qaidə ilə əlaqəli Əl-Şəbab ekstremist qruplaşması ilə əlaqəli silah ticarəti şəbəkəsinə qarşı maliyyə və diplomatik sanksiyalar tətbiq edib.

ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən 12 fevral 2021-ci il tarixində yayımlanan fotoşəkildə Somali sahillərində qaçaqmalçının gəmisindən ələ keçirilən Kalaşnikov tipli tüfənglər və reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla, böyük silah anbarı göstərilib.

Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müşaviri Brayan Nelson deyib ki, sanksiyalar "İŞİD-in Cənubi Afrikadakı şəbəkəsindəki əsas şəxsləri, eləcə də regionda terrorizmin və digər cinayətkar fəaliyyətlərin həyata keçirilməsində mühüm rol oynayanların biznes aktivlərini hədəfləyir".

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG