Accessibility links

Britaniya Ukraynaya müdaxilədən sonra Rusiyanın yüksək rütbəli komandirləri arasında ixtisarları açıqlayıb


Britaniyanın Müdafiə Nazirliyi bazar günü Ukrayna ilə bağlı gündəlik kəşfiyyat hesabatında bildirib ki, “2022-ci ilin fevral ayıında müdaxilənin başlamasından bəri yüksək rütbəli Rusiya hərbi rəhbərləri arasında bir sıra ixtisarlar edilib”.

“Bu ixtisarlar Rusiyanın yüksək rütbəli hərbi rəhbərlərinin döyüş meydanında məqsədlərinə nail ola bilməməkdə ittiham edilmələrindən sonra baş verib. Bu, belə görünür, ölkə daxilində məsuliyyətin ayrı olaraq Rusiyanın yüksək səviyyəli rəhbərliyininn üzərindən götürülməsi cəhdlərinin bir hissəsidir,” hesabatda qeyd olunur.

Bu arada, Ukrayna rəsmiləri şənbə günü Xerson vilayətində şiddətli döyüşlər getdiyini və partlayışların baş verdiyini bildirib.

Bundan öncə Ukrayna qüvvələri 24 saat ərzində ələ keçirdikləri Rusiya hərbi texnikasından istifadə edərək, Xerson vilayətində sursat anbarı da daxil olmaqla 9 yerdə hücum keçirib.

Rusiya münaqişə zonasından daha çox sakini təxliyə edir və Xerson vilayətində vəziyyətin pisləşdiyini etiraf edir. Fevral ayından bəri Moskvanın ələ keçirdiyi yeganə regional paytaxt olan Xersondan ən azı 70 min dinc sakin köçürülüb.

Rusiyanın bölgədə geri çəkilməsinin bir əlaməti olaraq, Putin cümə günü Xerson vilayətinin bəzi bölgələrindən mülki əhalinin təxliyəsini təsdiqləyib.

Rusiya ölkənin enerji və su infrastrukturuna zərbələr endirməkdə davam edir. Məlumatlara görə, enerji sisteminin 30-40 faizi dağıdılıb, bu isə ölkənin elektrik şəbəkəsinin sıradan çıxmasının qarşısını almaq üçün elektrik enerjisinin kəsilməsi hallarının artmasına gətirib çıxarıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi şənbə günü xarici elektrik xətlərinin təmir olunduğunu və Ukraynanın Zaporijye atom elektrik stansiyasına yenidən qoşulduğunu bildirib. İki gün öncə Rusiyanın artilleriya atəşləri nəticəsində yüksək gərginlikli xətlər zədələndiyi üçün Zaporijye atom elektrik stansiyası elektrik şəbəkəsindən çıxarılmışdı.

Agentliyin baş direktoru Rafael Mariano Qrossi nüvə qəzasının qarşısını almaq üçün stansiyanın ətrafında nüvə təhlükəsizliyi və təhlükəsizlik zonasının yaradılması çağırışını bir daha təkrar edib.

XS
SM
MD
LG