Accessibility links

Almaniya kansleri Rusiyanı nüvə silahından istifadəni istisna etməyə çağırıb


Almaniya kansleri Olaf Şolts şənbə günü Rusiyanı Ukraynaya qarşı müharibədə nüvə silahından istifadədən çəkinməyə çağırıb.

“Biz Rusiyanı bunu etməyəcəyini açıq şəkildə bildirməyə çağırırıq.Bu, keçilməsi mümkün olmayan bir xətt olacaq”, o, Berlində Sosial Demokrat Partiyasının qurultayında deyib.

Bundan bir gün əvvəl Pekinə səfəri zamanı Şolts Çin prezidenti Şi Tsinpinlə birlikdə nüvə təhdidlərini “məsuliyyətsiz və qızışdırıcı” adlandıraraq, nüvə eskalasiyasına qarşı xəbərdarlıq edib.

Agence France Presse agentliyi Scholzun Ukraynada müharibədə nüvə silahından istifadəyə qarşı razılaşmaya görə Çinə səfərini “dəyərli” kimi müdafiə etdiyi barədə məlumat verib.

Pekinə 12 saatlıq səfərindən bir gün sonra Sosial Demokratlar Partiyasının toplantısında çıxış edən Şolts Rusiyanın Ukraynaya müdaxiləsində nüvə eskalasiyasının qarşısının alınmalı olunduğuna dair Çin prezidenti Şi Tsinpinlə əldə edilən razılaşmanı alqışlayıb.

“Şi güclü nüfuza malik iki böyük ölkə olan Çin və Almaniyanın dəyişiklik və qeyri-sabitlik dövründə birlikdə işləməli olduğu və qlobal sülh və inkişafa daha çox töhfə verməsinin zərurətini vurğulayıb” Sinxua xəbər agentliyi cümə günü bildirib.

XS
SM
MD
LG