Accessibility links

Vəkil Elçin Sadıqov: “Mənim regionlara getməyimə icazə verilməməsi tamamilə siyasi və qanunsuz bir qərardır”


Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr qərarından şikayətinə baxılıb.

Elçin Sadıqovun Azərbaycan ərazisində sərbəst hərəkətinə qadağa qoyulub. O, Bakıdan çıxışına qoyulan qadağanın Azərbaycan ərazisi ilə əvəzlənməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib, ancaq oktyabrın 24-də ərizəsi təmin olunmayıb.

Zəki Babayevin sədrliyi ilə keçirilən məhkəmədə vəkilin şikayəti təmin edilməyib.

"Mənim ev dustaqlığına buraxılmağımla bağlı bu siyasi qərarda belə bir müddəa var ki, mən Bakı şəhərinin ərazisini ancaq İstintaq orqanının razılığı olmalıdır. Bu isə mənim vəkillik fəaliyyətimə çox ciddi problem yaradır. Bu gün məhkəmə oldu, Zəki Babayevin sədrliyi ilə baxıldı. Yenə də Prokurorluq icazə vermədiyinə görə, məhkəmə mənim apelyasiya şikayətimi təmin etmədi. Vəkillər bütün Azərbaycan Respublikasının ərazisində səlahiyyətlidir, o cümlədən mən də. Mənim regionlara getməyimə icazə verilməməsi tamamilə siyasi və qanunsuz bir qərardır".

Vəkil Elçin Sadıqov: “Mənim regionlara getməyimə icazə verilməməsi tamamilə siyasi və qanunsuz bir qərardır”
please wait

No media source currently available

0:00 0:00:57 0:00

Vəkil verilən qərarın heç bir qanuni əsası olmadığını deyib. O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından müvafiq orqanlara şikayət verəcək.

Elçin Sadıqov sentyabrın 10-da, “Xural” internet kanalının rəhbəri Əvəz Zeynallı ilə birlikdə saxlanılıb. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.

Sentyabrın 11-i Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

XS
SM
MD
LG