Accessibility links

Azərbaycan və Rusiya təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib


MDB Təhlükəsizlik Şuraları rəhbərləri (Foto Rusiya Təhlükəsizlik Şurasınındır)
MDB Təhlükəsizlik Şuraları rəhbərləri (Foto Rusiya Təhlükəsizlik Şurasınındır)

Noyabrın 3-də Moskvada Azərbaycan və Rusiya Təhlükəsizlik Şuralarının katibləri Ramil Usubov və Nikolay Patruşev arasında görüş keçirilib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının məlumatına görə, görüş MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin illik toplantısı çərçivəsində keçirilib.

Nikolay Patruşev və Ramil Usubov “regionda təhlükəsizlik məsələlərini, o cümlədən informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının gələcək perspektivlərini müzakirə edib”.

“Bundan əlavə, görüş zamanı hər iki ölkənin təhlükəsizlik şuraları arasında 2023-2024-cü illər üçün əməkdaşlıq planı imzalanıb və bu planın həyata keçirilməsinin Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb,” məlumatda deyilir.

MDB Təhlükəsizlik Şuraları rəhbərlərinin iclasına gəlincə, MDB məkanında regional təhlükəsizliyin aktual məsələləri müzakirə edilib.

“Müasir şəraitdə beynəlxalq təhlükəsizliyə çağırışlar və təhdidlər, o cümlədən nüvə və radiasiya təhlükəsizliyi ümumilikdə nəzərdən keçirilib. Əfqanıstan ərazisində beynəlxalq terror təşkilatlarının fəaliyyəti nəticəsində MDB-yə üzv dövlətlərin təhlükəsizliyinə yaranmış təhdidlərə qarşı mübarizəyə xüsusi diqqət yetirilib. Xarici qeyri-hökumət təşkilatları və KİV-lərin MDB ölkələri ərazisində həyata keçirdikləri dağıdıcı fəaliyyətlərlə bağlı məsələlərə toxunulub. Bundan əlavə, MDB məkanında faşizmin tərənnümü və tarixin saxtalaşdırılmasına qarşı mübarizə tədbirləri müzakirə edilib,” məlumatda deyilir.

XS
SM
MD
LG