Hindistanın baş naziri çərşənbə axşamı Hindistanın qərbində yeni təmir edilmiş 143 illik asma körpünün çaya çökdüyü, yüzlərlə insanın suda batdığı və son illərdə ölkədə baş verən ən dəhşətli qəzalardan birində ən azı 135 nəfərin öldüyü əraziyə baş çəkib.
Narendra Modi Qucarat ştatının Morbi şəhərində dağılmış körpüyə baxış keçirib və xilasedicilərlə söhbət edib. O, həmçinin xəstəxanada yaralılara baş çəkib. Polis və hərbiləşdirilmiş əsgərlər ərazini bürüdüyü üçün təhlükəsizlik tədbirləri gücləndirilib. Qucarat Modinin vətənidir və o, qəza vaxtı orada olub.
Bazar ertəsi o, "faciədən çox kədərləndiyini" və ölənlərin ailələrinə təzminat ödəniləcəyini deyib.
Qəzəbli yas tutan ailələr 1800-cü illərin sonlarında Britaniya müstəmləkəçiliyi zamanı tikilmiş və ştatın turizm saytı tərəfindən "bədii və texnoloji möcüzə" kimi təqdim edilən piyada körpüsünün bazar günü axşam saatlarında niyə çökdüyünə və buna kimin cavabdeh ola biləcəyinə diqqət yönəldib. Körpü cəmi dörd gün əvvəl açılmışdı.
Polisin baş müfəttişi Aşok Yadav Associated Press-ə bildirib ki, rəsmi məlumatlara görə, heç kim itkin düşməyib, fövqəladə hallara müdaxilə edənlər və dalğıclar çərşənbə axşamı axtarışları davam etdiriblər.
"Biz ehtiyatlı olmaq istəyirik" - deyə, Yadav bidirib. Zabit ən azı 196 nəfərin xilas edildiyini və yaralanan 10 nəfərin hamısının vəziyyətinin stabil olduğunu deyib.
Qəza yerində ən azı onlarla dalğıc qaranlıq suda axtarış aparıb. Dalğıc Ankit Yadav deyib ki, "lil, alaq otları və palçıq itkin düşənləri tapmaq səylərimizə mane olur".
Morbidəki əsas müsəlman qəbiristanlığının mühafizəçisi Qaffar Şah fəlakətdən sonra 25 cəsədin basdırılmasına kömək etdiyini bildirib.
Mart ayında Morbi şəhər hökuməti əsasən saatlar, ağcaqanaddan qorunma vasitələri və elektrik velosipedlərin istehsalı ilə tanınan şirkətlər qrupu Oreva ilə körpünün saxlanması və idarə olunması üçün 15 illik müqavilə bağlayıb.
Elə həmin ay Oreva Maççu çayının geniş hissəsini əhatə edən körpü təmir üçün yeddi ay müddətinə bağlanıb. Körpü keçmişdə bir neçə dəfə təmir olunub və illər ərzində onun bir çox orijinal hissələri dəyişdirilib.
Körpü Hindu festivalı mövsümünə təsadüf edən Yeni ilin ilk günü oktyabrın 26-da yenidən açılıb. Attraksion yüzlərlə turisti özünə cəlb edib.
Körpünün uçması ilə bağlı doqquz nəfərin həbs edildiyini bildirib.
Polisin məlumatına görə, həbs olunanlar arasında körpünü istismar edən şirkətin rəhbər işçiləri də var və körpüdə bu yaxınlarda təmir işləri aparılıb. Polis daha çox adamın həbs oluna biləcəyini deyir.
Bir çox insan xəstəxanaya yerləşdirilib və rəsmilər ölüm sayının arta biləcəyindən ehtiyat etdiklərini deyirlər.