Accessibility links

Kral Çarlz COP27 sammiti ərəfəsində iqlim dəyişikliyinə həsr edilən tədbir keçirəcək


Kral III Çarlz bazar günü elan edib ki, növbəti ay keçiriləcək COP27 iqlim sammiti ərəfəsində eyni mövzuya həsr ediləcək görüş keçirəcək. Kral BMT-nin COP27 adlanan iqlim dəyişikliyi konfransında hökumətin tövsiyəsindən sonra iştirak etməmək qərarı verib.

Bukingem sarayı bildirib ki, 4 noyabr tarixində keçiriləcək görüşdə 200-dən çox beynəlxalq biznes lideri, qərarvericilər və qeyri-hökumət təşkilatları iştirak edəcəklər. Bu görüş Misirdə keçiriləcək COP27 sammitindən 2 gün öncə keçiriləcək.

Kral Çarlz uzun müddət ərzində iqlim dəyişikliyi mövzusunda fəal olub və 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş COP26 görüşündə çıxış edib.

Baş nazirin ofisindən bildirilib ki, monarx COP27 konfransında iştirak etməmək qərarını öncəki baş nazir Liz Trassın rəhbərlik etdiyi hökumətin məsləhətindən sonra verib.

Yeni baş nazir Rişi Sunak da daxili məsələlərə diqqət ayırmalı olduğu üçün konfransda iştirak etməmək qərarı verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG